Loading...
Putin Ərdoğana Əliyev və Paşinyanla görüşün nəticələri barədə danışdı

Putin Ərdoğana Əliyev və Paşinyanla görüşün nəticələri barədə danışdı

13-01-2021

Rusiya prezidenti Vladimir Putin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana telefonda Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanla Moskvada keçirdiyi görüşün əsas nəticələri barədə danışıb.

Virtualaz.org bildirir ki, bu barədə Kremlin saytı məlumat yayıb.

Məlumata görə, Ərdoğan Putinə Rusiya Federasiyasının Qarabağ münaqişəsinin həlli yolunda səylərini dəstəklədiyini və Rusiya ilə Türkiyə arasında fəaliyyət koordinasiyasının davam etdirilməsinin tərəfdarı olduğunu bildirib.

Bundan əlavə, liderlər iki ölkə arasında peyvəndlərin birgə istehsalı və istifadəsi üzrə əməkdaşlıq planlarının icrası da daxil olmaqla, pandemiya ilə mübarizə problemlərinin həlli istiqamətində fikir mübadiləsi aparılıb.