Loading...
TÜRKSOY-un və Türk Şurasının nümayəndə heyəti Ağdam rayonunda

TÜRKSOY-un və Türk Şurasının nümayəndə heyəti Ağdam rayonunda

17-01-2021

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) nümayəndə heyəti işğaldan azad olunan Ağdam rayonuna səfər edib.

Qonaqlar erməni millətçilərinin yerlə-yeksan etdikləri Ağdam şəhərinin xarabalıqlarına baxıb, Cümə məscidini və Qarabağ xanlığının əsasını qoyan Pənahəli xan Cavanşirin məqbərəsini ziyarət ediblər.

Nümayəndə heyəti TDƏŞ-in baş katibi Bağdat Amreyev, TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, TDƏŞ baş katibinin müavini Qismət Gözəlov, Xarici İşlər Nazirliyinin İkinci Avropa idarəsinin rəis müavini Zamin Əliyev, TDƏŞ-in layihə direktorları Fərrux Cumayev, Bobur Taqayev, TÜRKSOY-un əməkdaşı Elçin Qafarlı, Türk Mədəniyyəti və İrsi Fondunun əməkdaşı Afət Kazımbəyli və digər şəxslərdən ibarətdir.

Heyət Ağdamdan sonra Füzuli rayonuna səfər edəcək.

Virtualaz.org