Loading...
Prezident İlham Əliyev Selçuk Bayraktarı

Prezident İlham Əliyev Selçuk Bayraktarı "Qarabağ" ordeni ilə təltif edib

01-04-2021

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 1-də Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktarı və “ASELSAN” şirkətinin idarə heyətinin rəhbəri və baş direktoru Haluk Görgünü qəbul edib.

Trend-in məlumatına görə, dövlətimizin başçısı Azərbaycanla Türkiyə arasında qardaşlıq əlaqələrinin gücləndirilməsinə, əməkdaşlığın inkişafına, Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin təmin olunması istiqamətindəki haqq işinə verdiyi töhfəyə görə Selçuk Bayraktarın “Qarabağ" ordeni ilə təltif edildiyini bildirib və ordeni Selçuk Bayraktara təqdim edib.

Bu yüksək mükafata görə Prezident İlham Əliyevə təşəkkürünü bildirən Selçuk Bayraktar dedi: “Həqiqətən də bu, mənim üçün böyük bir qürur və şərəfdir”.

Trend.az