Loading...
Ermənistan Kəlbəcərdə əsir götürülən diversantlarının adlarını açıqladı

Ermənistan Kəlbəcərdə əsir götürülən diversantlarının adlarını açıqladı

27-05-2021

Ermənistanın Müdafiə Nazirliyi Azərbaycanla dövlət sərhədində təxribat törətməyə cəhd edərkən saxlanılan erməni diversantların adlarını açıqlayıb.

Saxlanılan şəxslər A.N. Abqaryan, İ.A. Sarkisyan, V.V Sarkisyan, B. S. Ohanyan, A.Q. Budoyan və V.O. Rafaelyandır. Onların müqaviləli hərbi qulluqçular olduğu bildirilib.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, mayın 27-də saat 03.00 radələrində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində Azərbaycan Ordusunun sərhəddə yerləşən mövqelərinə aparan təminat yolunda minalama fəaliyyəti həyata keçirərkən dərhal görülən əməliyyat tədbirləri nəticəsində qarşı tərəfin 6 hərbi qulluqçusu mühasirəyə alınıb və zərərsizləşdirilərək saxlanılıb.

Virtualaz.org