Loading...
AKP nümayəndə heyəti Şəhidlər Xiyabanı, Fəxri Xiyaban və Türk şəhidliyini ziyarət edib

AKP nümayəndə heyəti Şəhidlər Xiyabanı, Fəxri Xiyaban və Türk şəhidliyini ziyarət edib

26-07-2021

Azərbaycanda səfərdə olan Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) nümayəndə heyəti Şəhidlər Xiyabanı, Fəxri Xiyaban və Türk şəhidliyini ziyarət edib.

Trend xəbər verir ki, qonaqlar ümummilli lider Heydər Əliyevin məzarı önünə gül dəstələri qoyub. Nümayəndələr həmçinin oftalmoloq alim Zərifə Əliyevanın da məzarını ziyarət edib, qəbri üstünə güllər düzüblər.

Numan Kurtulmuşun rəhbərlik etdiyi nümayəndə heyəti daha sonra Şəhidlər Xiyabanına gəlib. Burada Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin xatirəsi yad edilib.

Trend.az