Loading...
Ermənistan gərginlik yaratmaq siyasətindən əl çəkməlidir - Numan Kurtulmuş

Ermənistan gərginlik yaratmaq siyasətindən əl çəkməlidir - Numan Kurtulmuş

26-07-2021

Ermənistan problemleri həll etmək üçün regiondan kənar dövlətlərdən dəstək almaq vərdişindən əl çəkməlidir.

Trend xəbər verir ki, bu sözləri Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sədr müavini Numan Kurtulmuş deyib.

Onun sözlərinə görə, Ermənistan gərginlik yaratmaq siyasətindən əl çəkməlidir:

"Cənab prezidentimizin Qarabağ zəfərindən sonra təklif etdiyi kimi 6 ölkənin - Azərbaycan, Türkiyə, Rusiya, İran, Ermənistan və Gürcüstanın birgə platforma yaradaraq problemləri öz aralarında həll etməsi ən doğru yoldur. Azərbaycanla Ermənistan arasındakı problemlərin həlli yolu da müharibədən sonra bərqərar edilən sülh şəraitinin davam edirilməsindən keçir. Problemlər müzakirə yolu ilə həll edilməlidir. Ermənistana tövsiyəmiz odur ki, xarici ölkələrə güvənərək, xaricdəki diasporunun gücünə arxalanaraq, gərginlik yaratmağa çalışması erməni xalqının da xeyrinə deyil. Bundan sonrakı mərhələdə Ermənistanın daha təmkinli davranmasının onların gələcəyi üçün daha yaxşı olacağını düşünürəm".

Trend.az