Loading...
Prezident İlham Əliyev Xocavənd rayonunun Hadrut qəsəbəsinə və Tuğ kəndinə səfər edib

Prezident İlham Əliyev Xocavənd rayonunun Hadrut qəsəbəsinə və Tuğ kəndinə səfər edib

09-10-2021

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 9-da Xocavənd rayonunun Hadrut qəsəbəsinə və Tuğ kəndinə səfər edib.

Trend xəbər verir ki, dövlətimizin başçısı Hadrut qəsəbəsində yeni məscidin təməlini qoyub, Hadrut-Cəbrayıl-Şükürbəyli, Tuğ-Hadrut və Füzuli-Hadrut yollarında aparılan tikinti işləri ilə tanış olub, yeni “Hadrut” Qovşaq yarımstansiyasının təməlini qoyub.

Sonra Prezident İlham Əliyev Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb, daha sonra onlarla birlikdə Tuğ kəndinə gedib.

Səfərdən geniş reportaj oktyabrın 10-da təqdim olunacaq.

Trend.az