Loading...
Qarabağ müharibəsində beynəlxalq medianın ikiüzlu davranışının şahidi olduq - Türkiyə Prezidenti

Qarabağ müharibəsində beynəlxalq medianın ikiüzlu davranışının şahidi olduq - Türkiyə Prezidenti

22-10-2021

44 gün davam edən Qarabağ müharibəsində beynəlxalq medianın ikiüzlu davranışının şahidi olduq.

Ermənistan ordusunun Azərbaycanın mülki vətəndaşlarını ballistik raketlərlə qətlə yetirməsi heç gündəmə gətirilmədi.

Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Şurasının Media forumunda çıxışı zaman deyib.

R.T.Ərdoğan bildirib ki, media müstəqilliyindən və obyektivlikdən bəhs edən beynəlxalq media orqanları Ermənistanın rəsmi xəbər agentlikləri kimi hərəkət etdi:

“Bu, Qarabağ savaşı, ölkələrimiz və Türk dünyası ilə bağlı reallıqlara qarşı qoyulan media sanksiyasının nə ilk, nə də son örnəyidir. Qondarma soyqırımı iddiaları başda olmaqla tariximizi, milli təhlükəsizliyimizi və millətimizin dəyərlərini hədəf alan bir çox mövzuda bənzər münasibətlə qarşılaşırıq. Yaşadığımız acı təcrübələr fonunda bu gerçəyi hamımız açıq şəkildə görə bilirik.

Necə ki, müdafiə sənayesi və hərbi məsələlərdə tamamilə əcnəbilərə bel bağlamırıqsa, media məsələlərini də başqalarına həvalə edə bilmərik. Digər strateji məsələlərdə olduğu kimi media və kommunikasiya mövzusunda da özümüz tədbirlər görməliyik. Türk dünyası olaraq bu xüsusda təşəbbüslər irəli sürməli, təcrübə mübadiləsi aparmalı, güclərimizi birləşdirməli və əlimizdəki imkanları səmərəli şəkildə dəyərləndirməyin yollarını axtarmalıyıq”.

Trend.az