Loading...
Bakı-Şuşa-Bakı marşrutu üzrə ilk sərnişin avtobusu yola düşüb

Bakı-Şuşa-Bakı marşrutu üzrə ilk sərnişin avtobusu yola düşüb

24-01-2022

Bakıdan Şuşa şəhərinə ilk sərnişin avtobusu yola düşüb.

Avtobus Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksindən 06:30-da Şuşa istiqamətinə hərəkətə başlayıb.

İlk olaraq Şuşaya 2 marşrut avtobusu xəttə buraxılıb. Şuşa ilə yanaşı Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksindən Bakı-Ağdam-Bakı marşrutları da start götürüb.

Xatırladaq ki, Bakı-Şuşa-Bakı avtobus reysi həftədə iki dəfə həyata keçiriləcək. Bakıdan Şuşaya avtobus bileti 10 manat 40 qəpikdir.

Azertac.az