Loading...
Prezident İlham Əliyev Qarabağ Zəfəri ilə əbədi tarix yazdı - Vətən Müharibəsi Qəhrəmanları

Prezident İlham Əliyev Qarabağ Zəfəri ilə əbədi tarix yazdı - Vətən Müharibəsi Qəhrəmanları

11-04-2022

u gün bütün dünya Azərbaycana qibtə edir, uğurlarımız, qələbələrimiz heyranlıqla qarşılanır. Xüsusilə də 44 günlük Vətən Müharibəsindəki tarixi Zəfərimiz Azərbaycanı bütün dünyaya qalib ölkə, xalqımızı isə qəhrəman xalq kimi tanıtdı. Bütün bu uğurlara görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə minnətdarıq, çünki hər bir uğurumuz Prezident İlham Əliyevin adı ilə bağlıdır.

Bu fikirləri Trend Tv-yə Vətən Müharibəsi qəhrəmanları bildiriblər.

Onlar Prezident İlham Əliyevin hakimiyyəti illərində Azərbaycan dövləti və xalqı qarşısında göstərdiyi müstəsna xidmətlər, ölkəmizin inkişafı, qüdrətlənməsi, dünyaya inteqrasiyası istiqamətindəki yorulmaz fəaliyyəti barədə danışıblar.

Qəhrəmanlar bildiriblər ki, xüsusilə son bir neçə ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan böyük tarixi qələbələrə imza atıb, Qarabağ Zəfəri əldə edilib: "Müzəffər Ali Baş Komandanımız bu illər ərzində güclü ordu yaratdı, ordumuz ən müasir silah-sursat, texnika ilə təmin edildi, hərbçilərimizin peşəkarlığı durmadan artdı və biz müharibədə öz sözümüzü dedik".

Azərbaycanın ərazi bütövlüyünün bərpasında göstərdikləri xüsusi şücaətlərə görə Prezident İlham Əliyev tərəfindən Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülən Füzuli İmrəliyev, Rəşad Nadirov, Zəfər Yusibov, Şahin Hüseynquliyev, "Qarabağ" ordenli Vüsal Həsənov və "Zəfər" ordenli Zaur Rəhimovun müsahibələri əsasında hazırlanmış videoçarxı oxucuların diqqətinə çatdırırıq.

Trend.az