Loading...
Nazir: Ermənistan Azərbaycan və Türkiyə ilə normal qonşuluq münasibəti qurmasa, müstəqilliyi böyük sual altına düşür

Nazir: Ermənistan Azərbaycan və Türkiyə ilə normal qonşuluq münasibəti qurmasa, müstəqilliyi böyük sual altına düşür

26-10-2018

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Bakıya səfərini şərh edib.

Trend-in məlumatına görə, nazir jurnalistlərə açıqlamasında deyib ki, o, C.Boltondan Ermənistanın yeni rəhbərlərinə Dağlıq Qarabağ münaqişəsini həll etməyə hazır olub-olmadıqları barədə sual verməyi xahiş edib:

"Cənab Boltondan xahiş etdim ki, Ermənistanın yeni rəhbərlərinə Dağlıq Qarabağ münaqişəsini həll etməyə hazır olub-olmadıqları barədə sual versin. Ümumilikdə onlar nə istəyirlər? Azərbaycan və Türkiyə ilə normal münasibətlər yaratmağa, qonşuluq əlaqələri qurmağa hazırdırlarmı? Təbii ki, Ermənistan rəhbərliyi Azərbaycan və Türkiyə ilə normal qonşuluq münasibətləri qurmasa, onun müstəqilliyi böyük sual altına düşür. Bu birmənalıdır".