Loading...
Rusiya XİN Qarabağ “prezident”inə sonsuz məhəbbət barədə

Rusiya XİN Qarabağ “prezident”inə sonsuz məhəbbət barədə

30-11-2018

Qondarma DQR-in başçısının Moskvaya səfəri şəxsi səfərdən başqa heç cür qiymətləndirilə bilməz.

Virtualaz.org “Moskva-Bakı” nəşrinə istinadən xəbər verir ki, bunu brifinqdə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Bu səfər şəxsi səfərdən başqa heç cür qiymətləndirilə bilməz. Onun statusu aydındır. Şəxsi səfər olmaqla, bu nə Rusiya qanunvericiliyinə, nə mövcud beynəlxalq sazişlərə, nə də Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsindəki vasitəçi missiyasına zidd deyil. Buna görə də, Azərbaycan tərəfinin bu yaxınlarda verdiyi bəyanatındakı Rusiya tərəfinə iradlar bizim nöqteyi-nəzərimizdən əsassızdır”, - Zaxarova bildirib.