Loading...
Türkiyəli müəllim Xocalı qətliamına heykəl həsr etdi

Türkiyəli müəllim Xocalı qətliamına heykəl həsr etdi

29-12-2018

Türkiyənin Fərat Universitetinin müəllimi metal tullantılarından unikal heykəl düzəldib.

Müəllim Rühçan Keçeci metaldan Xocalı qətliamında qətlə yetirilən hamilə bir qadının heykəlini yaradıb.

Keçeci əsərinə “Körpənin səssiz harayı” adını verib. Əsərdə erməni əsgərlərinin təcavüzünə uğradıqdan sonra süngü ilə kürəyindən vurulan hamilə qadın təsvir edilib.

O bildirib ki, bu, 26 fevral 1992-ci ildə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində, Xocalıda qətlə yetirilən 613 insanın xatirəsinə ithaf olunub.

virtualaz.org