Loading...
Ermənistanın Türkiyə ilə münasibətləri normallaşdırmaq cəhdləri uğursuzluğa məhkumdur

Ermənistanın Türkiyə ilə münasibətləri normallaşdırmaq cəhdləri uğursuzluğa məhkumdur

28-01-2019

Ermənistanın Türkiyə ilə münasibətləri normallaşdırmaq üçün bütün cəhdləri uğursuzluğa məhkumdur.

Bunu Trend-ə Türkiyə hökumətindəki mənbə bildirib.

Mənbənin sözlərinə görə, bunun səbəbi Azərbaycan torpaqlarının işğal altında olmasıdır:

“Ermənistanla münasibətlərin normallaşması Türkiyə üçün prioritet deyil. Ermənistan Türkiyə ilə münasibətləri normallaşdırmaq istəyirsə, Yerevan bunu ilk növbədə Azərbaycanın işğal olunmuş ərazilərini azad etməklə sübut etməlidir. Azərbaycanın işğal olunmuş ərazilərini azad etmək Ermənistanın özü üçün səmərəlidir. Yerevanın işğalçılıq siyasəti Ermənistanın özünü bütün vacib regional layihələrdən təcrid etməsinə gətirib çıxarıb”.

Qeyd edilib ki, Ermənistan gec-tez Azərbaycana qayıdacaq ərazilərin işğalını davam etdirməkdənsə, öz vətəndaşlarına normal iqtisadi şərtlər təklif etməklə onların gələcəyini düşünməlidir:

“Ermənistan həmçinin 1915-ci il hadisələri ilə bağlı Türkiyəyə iddialardan da əl çəkməlidir”.

azertag.az