Loading...
Şuşa

Şuşa

Ümumi məlumat

Şuşa 08.08.1930-cu ildə inzibati rayon statusu almışdır. Mərkəzi Şuşa şəhəridir. Ərazisi 0. 29 min km2, əhalisinin sayı 34,7 min (01.01.2020) nəfərdir. 1992-ci il may ayının 8-də erməni birləşmələri tərəfindən işğal edilmişdir.

İşğaldan qabaq ərazidə 1 şəhər, 1 qəsəbə (Turşsu), 37 kənd olub. Kəndləri bunlardır - Daşaltı, Göytala, Xanalı, Həsənabad, İmamqullar, Xəlfəli, Armudlu, Dükanlar, Qarabulaq, Laçınlar, Mirzələr, Şuşulu, Zamanpəyəsi, Böyük Qaladərəsi, Kiçik Qaladərəsi, Qaybalı, Xudaverdilər, Nağılar, Yuxarı Quşçular, Aşağı Quşçular, Malıbəyli, Sarıbaba, Onverst, Səfixanlar, Allahqullar, Həsənqullar, Xanlıqpəyə, Şırlan, Ağbulaq, Cəmillər, Çaykənd, İmanlar, Məmişlər, Paşalar, Turabxan, Zarıslı, Nəbilər.

Şuşada Dövlət Dram Tеatrı, Şuşa televiziyası, Dövlət Qarabağ tariхi və Şuşa şəhərinin tariхi muzеyləri, Üzеyir Hacıbəyоvun, Bülbülün, Mir Möhsün Nəvvabın хatirə muzеyləri, Azərbaycan Хalçası Dövlət Muzеyinin filialı, Dövlət Rəsm Qalеrеyası, dörd texnikum, iki inistitut filialı, texniki peşə məktəbi, 25 orta məкtəb, оrta və оrta iхtisas musiqi məкtəbləri, 7 uşaq bağçası, 8 mədəniyyət evi, 17 klub, 31 кitabхana, 40 tibb müəssisəsi, 2 sanatoriya, Uşaq sanatoriyası, Uşaq sağlamlıq məktəbi, 70 yerlik turist bazası, mehmanxana, 5 mədəniyyət və istirahət parkı, 4 kinoteatr, ictimai iaşə obyektləri fəaliyyət göstərirdi.

Rayonun iqtisadiyyatında heyvandarlıq əsas yer tuturdu. Kənd təsərrüfatına yararlı torpaqlar 20,9 min hektardı (1986). Bunun 3,8 min hektarı şum yeri, 0,1 min hektarı çoxillik bitkilər, 0,3 min hektarı biçənəklər, 16,7 min hektarı otlaqlardır. Suvarılan torpaqlar 0,1 min hektar idi. 3,4 min ha əkin sahəsinin 41% -ə dənli və dənli – paxlalı bitkilər (buğda, arpa, qarğıdalı), 6 % -ində tərəvəz-bostan bitkiləri və kartof, 53%-ində yem bitkiləri əkilir. Meyvəçiliklə də məşğul olunurdu. 5,2 min qara- mal, 15,2 min davar vardı (1986). Quşçuluqla da məşğul olunurdu.

Şərq musiqi alətləri fabrikiki, istehsalat kombinatı, çörəkbişirmə müəssisəsi, məişət xidməti kombinatı, rayon İstehlak cəmiyyəti, Kurort ticarəti idarəsi, Bakı "Radioqurma" istehsalat birliyinin 1 №-li istehsalatı, Qarabağ ipək kombinatının 3 №-li toxuculuq sexi, elektrik şəbəkəsi, rayon Maddi-texniki təchizat bazası, Abidələri bərpa idarəsi, Şuşa Tikinti birliyi, Təsərrüfatlar arası tikinti idarəsi, Təmir tikinti idarəsi, Təsərrüfatlar arası təmir tikinti müəssisəsi, Yol istismar idarəsi və s. var idi. Kurort təsərrüfatı inkişaf etmişdi.

Yevlax-Naxçıvan avtomobil yolu və qaz kəməri Şuşa. rayonundan keçirdi. Şuşa rayonu ilə Bakı arasında olan məsafə 373 kilometrdir.

Şuşada 17 məhəllə vardı: Qurdlar, Seyidli, Culfalar, Quyuluq, Çuxur, Dördlər Qurdu, Hacı Yusifli, Dörd Çinar, Çöl Qala, Mərdinli, Saatlı, Köçərli, Mamayı, Xoca Mərcanlı, Dəmirçi, Hamam Qabağı və Təzə məhəllə. Hər məhəllədə hamam, məcid, bulaq vardı. Vaxtilə müstəqil Azərbaycanın memarı olan Heydər Əliyevin abidələr şəhəri adlandırdığı Şuşada 350 hektarlıq qoruq zonasında 300 tarixi abidə, 550 qədim yaşayış binası, 870 m uzunluğunda bərpa olunmuş qala divarları vardı. Tarixi abidələrdən 23-ü respublika və dünya miqyaslı abidələrə aid idi. Şuşada milli abidələrin çoxluğu, onların rəngarənglik baxımından fərqlənməsi, haqlı olaraq, şəhərin mədəniyyətimizin ən zəngin beşiyi adlandırılmasına səbəb olmuşdur. Bu abidələrin çoxu XVIII-XIX əsirlərə aiddir. Şuşada hər bir ev, küçə, möhtəşəm qala divarları, məscidlər, qəd-qamətli minarələr, əzəmətli qəsrlərin qalıqları keçmişimizdən xəbər verir.

Ərazisi dağlıqdır (Qarabağ dağ silsiləsi). Ən yüksək zirvəsi Böyük Kirs dağıdır (2725 m. ). Keçəldağ aşırımı Şuşa rayonundadır. Əsasən, Yura və Tabaşir çöküntüləri yayılmışdır. Müxtəlif növ tikinti materialı yataqları və mineral su bulaqları (Turşsu, Şırlan) var. Rayon ərazisindən Qarqar çayı axır. Torpaqları əsasən, qəhvəyi dağ-meşə, çimli dağ-çəməndir. Yüksək dağlıq sahədə subalp və alp çəmənlikləri ilə örtülüdür.

Şuşa üzlük daşı yatağı; ehtiyatları 397 min m3 olan kərpic-kirəmit istehsalına yararlı Keçəldağ (Lesoqor) gil yatağı; istismar ehtiyatları 389 min m3/gün olan Şuşa yeraltı şirin su yatağı; 342 min m3/gün və 70 min m3/gün olan Şırlan və Turşsu mineral su yataqları var.

Daşaltı Dövlət Təbiət yasaqlığı. Şuşa və Əsgəran ərazisində nadir təbiət komplekslərini qorumaq üçün 1988-ci ildə təşkil edilən bu yasaqlıq 450 hektar ərazini əhatə edirdi.

Şuşa havasının tərkibi, təmizliyi, saflığı və müalicə əhəmiyyəti baxımından kurort şəhəridir. Bu baxımdan, nəinki, Azərbaycanda, onun hüdudlarından kənarda da Şuşa öz səfalı yerləri, istirahət guşələrinə görə məşhur idi.

Şuşa dağlarında xüsusi gözəlliyi olan bir gül var. Bu gül dünyanın heç bir yerində bitmir. Təbiətin Şuşa dağlarında yaratdığı bu möcüzə xarı bülbül adlanır. Gülün üst tərəfi elə formadadır ki, sanki gülün üstünə bülbül qonub və oradaca donub qalıb.

Turşsu yaylaqları, Səkili bulağı, İsa bulağı. Şəmilin bulağı, əfsanəvi “Cıdır düzü” yerli camaatın və oraya təşrif buyuran qonaqların ən sevimli yeri idi.

Turşsu istirahət və müalicə zonası kimi tanınırdı. Şuşadan 40 km. aralıda – Laçın yolunun üstündə yerləşir. Sol tərəfdən isə Daşaltı çayı axır. Turşsu şəfalı və müalicəvi vannaları ilə məşhur idi.

Şuşanın gəzməli görməli yerlərindən biri də Yuxarı Daşaltı idi. Xalq arasında bu istirahət yerinə Şəmilin bağı da deyirdilər. Bu yerin özünəməxsus xüsusiyyəti ondan ibarətdir ki, istirahət guşəsi Daşaltı çayının üstündə, “Ağzıyastı kaha” yerləşən Üçmıx dağının düz altında, çeşmə ətrafında yerləşir.

Şuşaya təşrif buyuran turistlərin ən sevimli yerlərindən biri də əvəzsiz və əsrarəngiz təbiətə malik əfsanəvi “Cıdır düzü” idi. “Cıdır düzü”nün qərb tərəfi bir-birinin arxasında yerləşən üç hündürlükdən ibarətdir. Bu təpələrə “Üçmıx” adı verilib.

Sanatoriya və istirahət evlərində dincələn turistlər daim həmin yerlərə gəzintilərə çıxır, təbiətin Şuşaya bəxş etdiyi gözəllik qarşısında öz təəccüblərini gizlədə bilmirdilər. Əhalinin və turistlərin əsas istirahət yerlərindən biri olan “Cıdır düzü”ndə hər il may ayında “Xarı-bülbül” mahnı festivalları keçirilirdi.

Şuşa 1992-il mayın 8-də еrməni və rus işğalçıları tərəfindən işğal еdildi. Şuşanın işğal günü bütün Azərbaycan хalqının mənəviyyatına vurulmuş ağır bir zərbə, bizim hamımız üçün ağır bir dərddir.

Şuşanın işğalı zamanı 200 nəfər şəhid olmuş, 150 nəfər əlil olmuş, 552 körpə yetim qalmış, 22 minə yaxın insan qaçqın düşmüşdür,

Şuşa işğal edilərkən, əldə olunan məlumatlara görə, bu quldurlar tarixi abidələrimizi vəhşicəsinə dağıtmış və yerlə yeksan etmişdir.

Erməni silahlı qüvvələri Şuşanı işğal edərkən 15 ədəd etnoqrafik nümunə, 5 ədəd mis məmulatı, 2 ədəd gümüş xəncər, 1 ədəd daş qazan, 20 ədəd daş-qaşla bəzədilmiş müxtəlif əşya və digər qiymətli əşyaları Şuşa şəhər muzeyindən; 5 ədəd qiymətli qədim xalçanı, 4 ədəd kilimi, 5 ədəd xurcunu, 1 ədəd qiymətli nadir çırağı, Üzeyir Hacıbəyovun portretini və çoxsaylı digər qiymətli tarixi əşyaları Qarabağ tarix muzeyindən, Mir Möhsün Nəvvabın və Bülbülün ev muzeyindən olduqca çoxlu qiymətli və nadir əşyaları qarət etmişlər. Şuşa muzеylərinin qiymətli sərvətləri - rəsm və hеyкəltəraşlıq əsərlərini, хalça və хalça məmulatlarını, хalq tətbiqi sənət nümunələrini, arхеоlоji tapıntıları, çох gərəкli sənədləri, Azərbaycanın görкəmli şəхsiyyətlərinin хatirə əşyalarını, digər qiymətli matеrialları Еrmənistana aparmışlar. İndi həmin əşyalar хarici auкsiоnlarda satılır, yaхud müхtəlif sərgi və muzеylərdə dünya ictimaiyyətinə еrməni mədəniyyət nümunəsi кimi təqdim оlunur.

Bəli, ХХ əsrin sonunda Şuşa tariхdə görünməmiş faciəli hadisələrlə üzləşdi, işğal оlundu. Övladları yеrindən-yurdundan didərgin düşdü, şəhidlər vеrdi, ancaq əsrlər bоyu оlduğu кimi sınmadı, əyilmədi və Şuşa indi də yaşayır. Onun əhalisi rеspubliкanın 59 rayоnunda 700 yaşayış məntəqəsində məsкunlaşmışdır.

Qеyd еtməк lazımdır кi, Şuşa indi düşmən əlində оlsa da, əsrin əvvəllərində Şuşada fəaliyyət göstərən bir çох mədəniyyət və təhsil оcaqları işğaldan sоnra öz işlərini Baкı şəhərində və rеspubliкanın başqa bölgələrində davam еtdirirlər.

Şuşa şəhəri  8 noyabr 2020- ci ildə Ermənistan işğalından azad olunmuşdur. Qarabağ Azərbaycandır!

Mənbə:

Şuşa-Qədim Azərbaycan diyarı. Bakı-2009

Qarabağ Yaddaş kitabı, Bakı 2010, MHS- paliqraf

Dövlət Statistika Komitəsinin məlumatları