Loading...
Ermənistan işğalından azad olunan şəhər, qəsəbə və kəndlər

Ermənistan işğalından azad olunan şəhər, qəsəbə və kəndlər

Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib. İndiyədək Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik azad olunub.

Noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalayıblar. Bəyanata əsasən noyabrın 20-də Ağdam rayonu, noyabrın 25-də Kəlbəcər rayonu, dekabrın 1-də Laçın rayonu Azərbaycana təhvil verilib. Noyabrın 10-da hərbi əməliyyatlar dayandırıldıqdan sonra, Qarabağ ərazisindəki digər şəhər, qəsəbə və kəndlər üzərində də Azərbaycanın suveren hüquqları tanınmış, Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olunmuşdur.

Düşmən işğalından azad olunmuş şəhər, qəsəbə və kəndlərimizin siyahısı:

27 sentyabr 2020-ci il
Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı kəndləri
Cəbrayıl rayonunun Böyük Mərcanlı, Nüzgar kəndləri
Ağdərə və Murovdağ istiqamətlərində yüksəkliklər

3 oktyabr 2020-ci il
Tərtər rayonunun Suqovuşan və Talış kəndləri
Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy, Quycaq kəndləri
Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi

4 oktyabr 2020-ci il
Cəbrayıl şəhəri və rayonun Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Decal, Mahmudlu, Cəfərabad kəndləri

5 oktyabr 2020-ci il
Cəbrayıl rayonunun Şıxəli Ağalı, Sarıcalı, Məzrə kəndləri

9 oktyabr 2020-ci il
Xocavənd rayonunun Hadrut qəsəbəsi və Sur kəndi
Cəbrayıl rayonunun Qaracallı, Süleymanlı, Əfəndilər və Qışlaq kəndləri
Füzuli rayonunun Yuxarı Güzlək, Gorazıllı kəndləri
Tərtər rayonunun Çaylı kəndi

14 oktyabr 2020-ci il
Füzuli rayonunun Qaradağlı, Xatunbulaq, Qarakollu kəndləri
Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndləri

15 oktyabr 2020-ci il
Xocavənd rayonunun Edişə, Düdükçü, Edilli, Çiraquz kəndləri
Füzuli rayonunun Arış kəndi
Cəbrayıl rayonunun Doşulu kəndi

16 oktyabr 2020-ci il
Xocavənd rayonunun Xırmancıq, Ağbulaq, Axullu kəndləri

17 oktyabr 2020-ci il
Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri

18 oktyabr 2020-ci il
Xudafərin körpüsü üzərində Azərbaycan bayrağı qaldırıldı

19 oktyabr 2020-ci il
Cəbrayıl rayonunun Soltanlı, Əmirvarlı, Maşanlı, Həsənli, Əlikeyxanlı, Qumlaq, Hacılı, Göyərçinveysəlli, Niyazqullar, Keçəl Məmmədli, Şahvəlli, Hacı İsmayıllı, İsaqlı kəndləri

20 oktyabr 2020-ci il
Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri və Zəngilan şəhəri
Füzuli rayonunun Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı kəndləri
Cəbrayıl rayonunun Safarşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli kəndləri
Xocavənd rayonunun Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli (Noraşen), Çinarlı (Vəng) kəndləri

21 oktyabr 2020-ci il
Zəngilan rayonunun Mincivan qəsəbəsi, Xurama, Xumarlı, Sarıl, Babaylı, Üçüncü Ağalı, Hacallı, Qırax Müşlan, Üdgün, Turabad, İçəri Müşlan, Məlikli, Cahangirbəyli, Baharlı kəndləri
Cəbrayıl rayonunun Balyand, Papı, Tulus, Hacılı, Tinli kəndləri
Füzuli rayonunun Gecəgözlü, Aşağı Seyidəhmədli, Zərgər kəndləri

22 oktyabr 2020-ci il
Zəngilan rayonunun Kolluqışlaq, Malatkeşin, Kənd Zəngilan, Genlik, Vəliqulubəyli, Qaradərə, Çöpədərə, Tatar, Tiri, Əmirxanlı, Qarqulu, Bartaz, Dəlləkli kəndləri və Ağbənd qəsəbəsi
Cəbrayıl rayonunun Sirik, Şıxlar, Məstalıbəyli, Dərzili kəndləri
Füzuli rayonunun Mollavəli, Yuxarı Rəfədinli, Aşağı Rəfədinli kəndləri

23 oktyabr 2020-ci il
Xocavənd rayonunun Dolanlar və Bünyadlı kəndləri
Cəbrayıl rayonunun Dağ Tumas, Nüsüs, Xələfli, Minbaşılı və Veysəlli kəndləri
Zəngilan rayonunun Vənədli və Mirzəhəsənli kəndləri
Qubadlı rayonunun Zilanlı, Kürd Mahrızlı, Muğanlı və Alaqurşaq kəndləri

25-26 oktyabr 2020-ci il
Zəngilan rayonunun Birinci Alıbəyli, İkinci Alıbəyli, Rəbənd, Yenikənd kəndləri
Cəbrayıl rayonunun Qovşudlu, Sofulu, Dağ Maşanlı, Kürdlər, Hovuslu, Çələbilər kəndləri
Qubadlı rayonunun Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan kəndləri və Qubadlı şəhəri

28 oktyabr 2020-ci il
Zəngilan rayonunun Birinci Ağalı, İkinci Ağalı, Üçüncü Ağalı, Zərnəli kəndləri
Füzuli rayonunun Mandılı kəndi
Cəbrayıl rayonunun Qazanzəmi, Xanağabulaq, Çullu, Quşçular, Qaraağac kəndləri
Qubadlı rayonunun Qiyaslı, Əbilcə, Qılıcan kəndləri

30 oktyabr 2020-ci il
Cəbrayıl rayonunun Xudaverdili, Qurbantəpə, Şahvələdli, Xubyarlı kəndləri
Zəngilan rayonunun Aladin, Vejnəli kəndləri
Qubadlı rayonunun Kavdadıq, Məmər, Mollalı kəndləri

2 noyabr 2020-ci il
Cəbrayıl rayonunun Çaprand, Hacı İsaqlı, Qoşabulaq kəndləri
Zəngilan rayonunun Dərə Gilətağ, Böyük Gilətağ kəndləri
Qubadlı rayonunun İşıqlı, Muradxanlı, Milanlı kəndləri

4 noyabr 2020-ci il
Cəbrayıl rayonunun Mirək, Kavdar kəndləri
Zəngilan rayonunun Məşədiismayıllı, Şəfibəyli kəndləri
Qubadlı rayonunun Başarat, Qarakişilər, Qaracallı kəndləri

7 noyabr 2020-ci il
Füzuli rayonunun Yuxarı Veysəlli, Yuxarı Seyidəhmədli, Qorqan, Üçüncü Mahmudlu, Qacar, Divanalılar kəndləri
Cəbrayıl rayonunun Yuxarı Məzrə, Yanarhac kəndləri
Qubadlı rayonunun Qəzyan, Balasoltanlı, Mərdanlı kəndləri
Zəngilan rayonunun Beşdəli kəndi
Xocalı rayonunun Qarabulaq, Moşxmaat kəndləri
Xocavənd rayonunun Ataqut, Tsakuri kəndləri

8 noyabr 2020-ci il
• ŞUŞA şəhəri

9 noyabr 2020-ci il
Füzuli rayonunun Qobu Dilağarda, Yal Pirəhmədli, Yuxarı Yağlıvənd, Dilağarda, Seyid Mahmudlu, Ələsgərli, Aşağı Güzdək, Qovşatlı, Mirzəcamallı, Şəkərcik, Mərdinli, Şıxlı, Qaraməmmədli, Dövlətyarlı, Hacılı, Hüseynbəyli, Saracıq kəndləri
Xocalı rayonunun Dəmirçilər, Çanaqçı, Mədətkənd, Sığnaq, Şuşakənd, Muxtar, Daşaltı kəndləri
Xocavənd rayonunun Susanlıq, Domi, Tuğ, Akaku, Azıx, Mets Tağlar, Salakətin, Zoğalbulaq, Aragül, Tağavard, Böyük Tağavard, Zərdanaşen, Şəhər kəndləri
Cəbrayıl rayonunun Hüseynalılar, Söyüdlü, Aşağı Sirik, Qalacıq, Mollahəsənli, Əsgərxanlı, Yuxarı Nüsüs, Aşıq Məlikli, Niftalılar, Qərər, Çələbilər kəndləri
Qubadlı rayonunun Yuxarı Mollu, Aşağı Mollu, Xocik, Qaramanlı, Xəndək, Həmzəli, Mahrızlı, Hal, Ballıqaya, Ulaşlı, Tinli, Xocahan, Boyunəkər, Qaraqoyunlu, Çərəli kəndləri
Zəngilan rayonunun Keçikli, Ördəkli, Sobu, Qaragöz, İsgəndərbəyli kəndləri, Bartaz qəsəbəsi
Laçın rayonunun Güləbürd, Səfiyan, Türklər kəndləri.

10 noyabr 2020-ci il
• Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin bəyanatına əsasən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan olunub.
• Bəyanata əsasən 2020-ci il noyabrın 15-dək Kəlbəcər rayonu, noyabrın 20-dək Ağdam rayonu, dekabrın 1-dək isə Laçın rayonu Azərbaycana qaytarılacaq.

20 noyabr 2020-ci il
• Noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata uyğun olaraq, Ağdam rayonu Azərbaycana təhvil verilib. Bununla da rayonun işğal edilmiş 73 faiz ərazisi azad olunub. Xatırladaq ki, Ağdam işğal edilmiş rayonlarımızın arasında əhalinin sayına görə ən böyük rayondur. Rayonda 138 yaşayış məntəqəsi var.

25 noyabr 2020-ci il
• Üçtərəfli bəyanata əsasən, Kəlbəcər rayonu da Azərbaycana təhvil verilib.
Qeyd edək ki, Kəlbəcər ərazi baxımından respublikamızın ən böyük rayonlarından biridir. 2020-ci il yanvarın 1-nə olan məlumata görə, əhalisi 77 min nəfərdən çoxdur. İşğaldan əvvəl rayonda 147 yaşayış məntəqəsi olub.

1 dekabr 2020-ci il
• Üçtərəfli bəyanata uyğun olaraq, Ermənistan silahlı birləşmələri Laçın rayonundan çıxıblar. Rayon Azərbaycan Silahlı Qüvvələrinə təhvil verilib. Qeyd edək ki, ərazisi 1800 kvadratkilometr olan Laçın rayonunda bir şəhər, bir qəsəbə və 125 kənd olmaqla, ümumlikdə 127 yaşayış məntəqəsi var.