“Virtual Qarabağ” İnformasiya – Kommunikasiya Texnologiyaları Mərkəzi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 iyul 2011 – ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011 – 2015 – ci illərdə” Dövlət Proqramının 6. 2. 2 yarımbəndinə uyğun olaraq yaradılmışdır. Əsas məqsəd Qarabağa dair mərkəzləşdirilmiş internet resurs bazasının yaradılmasıdır. “Virtual Qarabağ” İnformasiya – Kommunikasiya Texnologiyaları Mərkəzinin yaradılmasının digər məqsədi Azərbaycan Respublikasının Qarabağ bölgəsi haqqında, Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə dolğun və obyektiv məlumat verməkdir.