Loading...

“Virtual Qarabağ” İKT Mərkəzinin ofisinin açılışı olub

14 dekabr 2013 - cü il tarixdə Bakıda “Virtual Qarabağ” İKT Mərkəzinin ofisinin açılış mərasimi olub.

“Virtual Qarabağ” İKT Mərkəzi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2011-ci il 7 iyul tarixli Sərəncamı ilə təsdiq edilərək, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının 6. 2. 2 yarımbəndinə uyğun olaraq yaradılıb.

Gənclər və İdman Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi ilə icra olunan “Virtual Qarabağ” İKT Mərkəzinin layihəsinin həyata keçirilməsində Azərbaycanda fəaliyyət göstərən bir sıra gənclər ictimai birlikləri də tərəfdaş kimi iştirak edir.

Layihənin əlaqələndiricisi, Gənclər və İdman Nazirliyi yanında Gənclərlə İş üzrə İctimai Şuranın sədri Nurəddin Mehdiyev qeyd etmişdir ki, əsas məqsəd Qarabağı virtual çərçivəyə salmaq deyil, əksinə, Qarabağ həqiqətlərinin internet məkanında tanıdılmasına xidmət etməkdir.

Açılış mərasimində dövlət qurumlarının rəsmiləri, ictimaiyyət, gənclər təşkilatları rəhbərləri, mediya nümayəndələri iştirak etmişdir.