Loading...

“İrəvan - gizlədilmiş həqiqətlər” sənədli filminin bölgələrdə nümayişinə başlanılıb

7 oktyabr 2017- ci ildə Ağcabədi rayon Yaqub Məmmədov adına Mədəniyyət Mərkəzində “İrəvan - gizlədilmiş həqiqətlər” sənədli filminin təqdimat mərasimi keçirildi.

Tədbiri giriş sözü ilə açan Ağcabədi rayon İcra Hakimiyyəti başçısının müavini Naibə Mustafayeva bildirdi ki, Ağcabədi rayonunda nümayiş olunan bu tarixi sənədli film böyüməkdə olan nəslin marifləndirilməsində mükəmməl vasitədir.

Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirov bildirib ki, Azərbaycan, rus və ingilis dillərində hazırlanmış film Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzinin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun birgə əməkdaşlığı çərçivəsində ərsəyə gəlib. Sənədli filmin hazırlanmasında əsas məqsəd Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən olan İrəvan şəhərinin azərbaycanlılara məxsus zəngin mədəni irsi haqqında məlumatları dünya ictimaiyyətinə, eləcə də gələcək nəsillərə çatdırmaqdır.

“Virtual Qarabağ” İnformasiya–Kommunikasiya Texnologiyaları Mərkəzinin əlaqələndiricisi, Gənclər və İdman Nazirliyi yanında Gənclərlə İş üzrə İctimai Şuranın sədri Nurəddin Mehdiyev filmin məzmunu və xüsusiyyətləri haqqında məlumat verib.

Bu layihə Azərbaycan həqiqətlərinin dünyada təbliği baxımından mühüm əhəmiyyətə malikdir.

Sonra filmin nümayişi olub.