Loading...
Azərbaycanın Müdafiə naziri Pakistanın Quru Qoşunları komandanı ilə görüşüb

Azərbaycanın Müdafiə naziri Pakistanın Quru Qoşunları komandanı ilə görüşüb

23-03-2019

Martın 22-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov bu ölkənin Quru Qoşunları komandanı general Qamar Caved Bacva ilə görüşüb.
Görüşdə Azərbaycan ilə Pakistan arasında əlaqələrin həm ikitərəfli, həm də çoxtərəfli formatda yüksələn xətlə inkişaf etməsindən, xüsusi ilə hərbi sahədə əməkdaşlığın genişləndirilməsindən, eləcə də strateji tərəfdaşlığın səviyyəsindən məmnunluq ifadə edilib.
Tərəflər qarşılıqlı səfərlərin təşkili və görüşlərin keçirilməsinin vacibliyini bildirərək müdafiə, hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əlaqələrin genişləndirilməsinin zəruriliyini bir daha  qeyd ediblər.

mod.gov.az