Loading...
Erməni məsələsi və erməni terroru

Erməni məsələsi və erməni terroru

Ermənistanın Azərbaycana qarşı təcavüzü və işğalçılıq müharibəsinin tarixi kökləri erməni tarixinin bəzi məsələlərini nəzərə almağı zəruri edir. Bu təcavüzkarlıq siyasəti erməni tarixinin mahiyyətindədir. Məhz buna görə də beynəlxalq və daxili vəziyyətin imkan verdiyi tarixi şərait yaranan kimi ermənilər xəyanətkar niyyətlərini reallaşdırmaq üçün bütün vasitələrdən istifadə etmişlər. "Erməni məsələsi" adlandırılan məsələnin meydana gəlməsini də təsadüfi hesab etmək olmaz. Bu məsələni Ermənistan-Azərbaycan münaqişəsi baxımından yenidən nəzərdən keçirilməsinə ehtiyac vardır. Çünki "Qarabağ məsələsinə" erməni məsələsinin bir hissəsi kimi baxılmalıdır. "Erməni məsələsi" isə Şərq məsələsinin bir hissəsidir. XIX əsrin axırları - XX əsrin əvvəllərində bu məsələyə bir çox əsərlər həsr olunub. Tarixçi V. Qurko-Kryajinin 1926-cı ildə nəşr edilmiş Böyük Sovet Ensiklopediyasında dərc olunan məqaləsi də bu əsərlər sırasına aiddir. O, məqalənin sonunda ümidvar olduğunu bildirərək yazırdı: "…erməni mühacirləri arasında ən vicdanlıları özlərinin əvvəlki istiqamətlərini dəyişir və keçmişdən əl çəkərək, təqsirlərini boyunlarına alıb Vətənə qayıdırlar. Sovet çevrilişindən sonra Daşnaksutyun tam ölümə məhkumdur". Lakin tarixçi aldanmışdı…

Buna görə də əvvəlcə həmin məqaləni təqdim edirik. Sonrakı mərhələlərdə" erməni məsələsinə" aid materialların ümumiləşdirilməsi, yeni fakt və tarixi sənədlər əsasında təhlili nəzərdə tutulur.

Erməni məsələsi - Şərq məsələsi adlandırılan məsələnin bir hissəsidir və ona iki nöqteyi-nəzərdən baxılmalıdır. Zahiri mahiyyət: böyük dövlətlər Türkiyəni daha asanlıqla istismar etməkdən ötrü onun mərkəzdənqaçma qüvvələrini gücləndirməyə, beləliklə, ölkəni zəiflətməyə çalışırdılar. Daxili mahiyyət: öz burjuaziyasının rəhbərliyi altında ermənilər milli müqəddəratın müstəqil təyin edilməsi uğrunda, elə siyasi-iqtisadi amillər əldə olunması uğrunda mübarizə aparırdılar ki, bu amillərin təsiri altında burjuaziya sərbəst inkişaf edə bilsin.

Erməni məsələsinin zəmini hələ XVIII əsrdə, Konstantinopolun maliyyə aristokratiyası erməni millətinə rəhbərlik etməyə başlayanda yaranmışdı.

Kiçik Asiya Türkiyəsinin hər yerinə səpələnmiş erməni xalqı öz arasından çox erkən ticarət burjuaziyası yetişdirmişdi. Həmin burjuaziya Türkiyənin iqtisadi həyatında böyük rol oynayırdı - hökumətə, əyalət valilərinə borc pul verərək mülkiyyət sahibi olurdu və s.

Eyni zamanda o, ruhanilər vasitəsilə erməni xalqının bütün həyatına rəhbərlik edirdi. Ruhanilər isə çox böyük təsir gücünə malik idilər. Konstantinopolu fəth edəndən (1453) sonra türklərin göstərişi ilə yaradılmış teokraktik erməni icmasının başında duran Konstantinopol patriarxı dövründə Notabllar şurası (maliyyə aristokratiyasının nümayəndələrindən ibarət) vardı, erməni xalqının "rəhbəri" əslində bu şura idi.

Türkiyədə erməni burjuaziyasının inkişafında onun əsasən Suriyada və Livanda, eləcə də Amerikada yaşayan erməni tacirləri ilə əlaqəsi və xarici kapitalın axını da məlum rol oynamışdı. Qeyd edilməlidir ki, erməni sənətkarlarının (əsnafların) bir sıra silklərə bölünən hədsiz dərəcədə çoxsaylı sinfi də Türkiyənin kustar sənayesində yunanlarla birlikdə üstün rol oynayırdı.

Buna görə də tamamilə aydındır ki, Qərb kapitalizmi Yaxın Şərqə hücuma keçdikcə Qərb dövlətləri məhz erməni burjuaziyasında özlərinə dayaq nöqtələri axtarmağa can atırdılar. Axı, həmin burjuaziyanın əsarət altında, siyasi cəhətdən tabelik vəziyyətində olması onun iqtisadi fəaliyyətinin inkişafını hədsiz dərəcədə məhdudlaşdırırdı - bu səbəbdən də o, Türkiyənin natural təsərrüfatının və daxili qapalılığının dağıdılmasına yönəldilən hər cür təşəbbüsləri müdafiə edirdi. Qərb kapitalı Türkiyənin hakim sinfi ilə çox sıx bağlı olan iri erməni maliyyə burjuaziyasından yan keçərək öz məqsədləri üçün əvvəlcə ruhanilərdən (erməni-katolik və erməni-protestant qurumdan) istifadə etməyə cəhd göstərirdi; bu cəhdlər gözlənilən nəticəni verməyəndə Qərbin ticarət kapitalı orta ticarət burjuaziyasından özünün iqtisadi vasitəçisi kimi istifadə etmək qərarına gəldi: onun köməyi bu burjuaziyanın güclənməsinə səbəb oldu və milli hərəkatın inkişafına təkan verdi.

Ziyalılar, xüsusilə Moskvadakı və Tiflisdəki ziyalılar hərəkata tərəfdar çıxdılar. 70-ci illərdə "erməni liberalizmi"nin mərkəzlərinə çevrilmiş (Rusiya liberal hərəkatının bilavasitə təsiri altında) bu şəhərlərdə nəinki ruslar, eləcə də Türkiyə erməniləri arasında mətbuat vasitəsilə və şifahi yolla "milli özünüdərkin oyanması" və hətta döyüşkən millətçilik təbliğatı aparılırdı.

Orta erməni burjuyaziyasının özünütəsdiqə doğru ilk addımları, təbiidir ki, ruhanilərin hökmranlığının məhdudlaşdırılmasına doğru yönəldildi: o, şəhər sənətkarlarına arxalanaraq kilsəni, əsas etibarilə Konstantinopol patriarxatını dünyəviləşdirmək uğrunda mübarizəyə başladı. Bu mübarizə müvəfəqqiyyətlə nəticələndi: patriarxatlıqda və kilsə mərkəzlərində yaradılmış "erməni nümayəndəliyi" adlı təşkilatda ruhanilər və maliyyə burjuaziyası ilə yanaşı, orta burjuaziya da yer aldı. Maliyyə, ədliyyə və maarif işlərinə həmin nümayəndəlik baxırdı. Əvvəllər kəndli kütlələri bu milli hərəkatdan kənarda qalırdı…

Genişlənən antoqonizmin ikinci səbəbi ondan ibarət idi ki, ermənilərin şəhər burjuaziyası müsəlman əhalinin geridə qalan kütlələrinə münasibətdə Türkiyə şəraitində yırtıcı, əsas etibarilə sələmçi xarakter daşıyan kapitalın nümayəndəsi kimi çıxış edirdi.

Beləliklə, sırf iqtisadi zəmində kəskinləşən Erməni məsələsi "böyük dövlətlərin" - Rusiyanın və İngiltərənin faciəli müdaxiləsi nəticəsində daha da mürəkkəbləşdi. Rusiya ticarət-sənaye kapitalının Qara dənizi, Bosforu və Dardaneli zəbt etmək səyi "xristianları müsəlman Türkiyəsinin zülmündən xilas etmək uğrunda mübarizə" şüraları ilə pərdələnirdi; milli-siyasi müqəddəratı müstəqil təyin etmək məqsədi ilə bu şüarlardan istifadə edəcəyinə ümid bəsləyən erməni burjuaziyasının əksəriyyəti nəinki özü Rusiya istiqamətini götürdü, üstəlik, Türkiyə Ermənistanı erməniləri arasında həmin istiqamətdə təşviqat aparmağa başladı. Bu mövqe Türkiyə hökumətinin erməni burjuaziyasına münasibətini kəskin şəkildə dəyişdi, halbuki 1877-ci il müharibəsinədək hökumət erməni burjuaziyasını nəinki təqib eləmirdi, əksinə, hətta adlı-sanlı ermənilərin böyük dövlət vəzifələri tutmalarına şərait yaradırdı. Türkiyə ilə sülh şərtlərinin müzakirəsi zamanı Rusiya ermənilərinin Qafqaz canişini böyük knyaz Mixail Nikolayeviçə məktub göndərməsi və patriarx Nerses başda olmaqla Türkiyə ermənilərinin rəsmi müraciət etməsi - onların Rusiyadan kömək istəməsi bu münasibətləri daha da kəskinləşdirdi. Rusiya həmin müraciətdən istifadə edərək San-Stefaniya ilkin sülh müqaviləsinə 16-cı paraqraf saldı. Bu paraqrafa görə Türkiyə erməni vilayətlərində dərhal lazımi islahatlar keçirməli idi, həmin iş görülənədək rus qoşunları Asiya Türkiyəsində işğal etdikləri torpaqları öz əllərində saxlamaqda davam edirdilər.

Çar Rusiyasının "özlərini onun himayədarlığına vermiş ermənilərin yaşadığı dağlıq ərazilərə möhkəm qədəm basmaq" cəhdi Yaxın Şərqdəki əsas rəqibi - İngiltərə tərəfindən qətiyyətlə dəf edildi. Berlin Konqresində İngiltərə göstərilən 16-cı paraqrafın yeni maddə (Berlin Traktatının 61-ci maddəsi) ilə əvəz edilməsinə nail oldu. Bu maddə Türkiyə hökumətinin erməni əyalət­lərində lazımi islahatlar keçirməyə borclu olduğunu təsdiq edirdi, lakin həmin islahatların ke­çirilməsi üzərində nəzarəti təklikdə Rusiyaya yox, Berlin Konqresinin iştirakçısı olan altı böyük dövlətdən ibarət "birliyə" verirdi.

Berlin Konqresinin qərarları erməni burjuaziyasının rəhbər dairələrində milli erməni dövlətinin yaradılması uğrunda mübarizədə kömək göstəriləcəyinə ümid doğurdu - həm də təkcə Rusiya tərəfindən deyil, bütün böyük dövlətlər tərəfindən. Bu xam xəyal ermənilərə "dənizdən dənizədək" (Qara dənizdən Aralıq dənizinədək) "Böyük Ermənistan" boyun olmuş İngiltərə diplomatiyası tərəfindən möhkəm qızışdırılırdı. Lakin istiqamətin dəyişməsi ermənilərin ancaq tam təcrid edilməsi ilə nəticələndi - onların beynəlxalq vəziyyəti mənasında. Onlar Rusiyadan özləri imtina etmişdilər. İngiltərəyə həmin mərhələdə yalnız o lazım idi ki, Rusiyaya özünün Yaxın Şərq siyasətində ermənilərdən istifadə etməyə imkan verməsin. İngiltərənin Türkiyədəki öz siyasətində isə bu zaman ermənilər lazım deyildi: həmin siyasətin növbəti vəzifələrini Türkiyə ilə gizli müqavilə həll etmişdi. Müqaviləyə əsasən İngiltərə Türkiyəni Rusiyadan qorumaq öh­dəliyi müqabilində Kipr adasını aldı…

Böyük dövlətlərdən kömək almaq üçün ümidini itirən… erməni burjuaziyası… silahlı mü­barizəyə keçdi. Rusiya Zaqafqaziyasında məskən salan millətçi Qnçak və Daşnaksütyun parti­yaları yaradıldı və onlar Türkiyəyə təbliğatçılar və təşviqatçılar göndərdilər, üsyançı dəstələri təş­kil etdilər. Bu dəstələrin çıxışlarından məqsəd real döyüş qələbələri deyildi (Türkiyə hökuməti ilə mübarizədə qalib gəlmək üçün ermənilərin qüvvəsi açıq-aydın çatışmırdı), daha çox böyük dövlətlərin diqqətini Ermənistan hadisələrinə cəlb etməyə çalışırdılar ki, onlar müdaxiləyə və Berlin traktatının 61-ci maddəsində göstərilən öhdəlikləri yerinə yetirməyə cəlb olunsunlar - Türkiyə də, Qərbi Avropa dövlətləri də həmin maddəni eyni dərəcədə unutmuşdular. Göstərilən partiyaların xaricdəki komitələri Qərbi Avropada bu istiqamətdə güclü iş aparırdılar. 1890-cı illərin axırlarına yaxın Qnçaq meydandan çıxdı və ermənilərin yeganə rəhbər siyasi təşkilatı Daşnaksutyun oldu.

Təbiidir ki, üsyan mübarizəsi yerlərdə vəziyyəti daha da kəskinləşdirdi... Misiri işğal edəndən sonra ingilislərin Nil vadisinin işğalını leqallaşdırmaq haqqında Sultan Əbdülhəmidlə müqavilə bağlamaq niyyəti boşa çıxan İngiltərə erməniləri "yadına saldı" və onlardan Sultanı hədələmək üçün istifadə etməyə cəhd göstərdi….

İngiltərənin ermənilərə "ani" marağı sönüb getmişdi; üstəlik o, rus hökumətinin "hər hansı bir dövlət tərəfindən müstəqil çıxışa yol verməyəcəyini" bildirən Rusiya ilə bağlı idi. Rusiyaya gəlincə isə o, həmin dövrdə Zaqafqaziyada ruslaşdırma siyasəti yeridirdi və "Asiyada erməni­lərin müstəsna üstünlüklərə malik olacağı ərazi yaradılması" ideyasının əleyhinə çıxış edirdi. Bundan başqa Bolqarıstan barəsində niyyəti baş tutmamışdı - Bolqarıstan çar Rusiyasının köməyi sayəsində azad edilsə də onun vassalı olmaq istəmirdi. Bunu görən çar diplomatiyası knyaz Lobanov-Rostovskinin dili ilə bildirdi ki, o "digər Bolqarıstan" yaradılmasına yol verməyəcək. Bağdad yoluna konsessiya almaqla məşğul olan Almaniya isə. . . Əbdülhəmidin "cinayətkar rəiyyət" barəsində yeritdiyi siyasəti bəyəndiyini imperator II Vilhelmin dili ilə açıq bildirirdi.

1890-cı illərdə erməni millətçi burjuaziyasının təbəqələşməsi rəhbər Daşnaksütyun partiyasını siyasəti dəyişdirməyə məcbur etdi - partiya Ümumtürkiyə inqilabi hərəkatında dayaq axtarmağa başladı: gənc türklərlə saziş bağladı; 1907-ci ildə daşnakların təşəbbüsü ilə Osmanlı imperiyasının bütün müxalifətçi partiyalarının Parisdə qurultayı keçirildi. Qurultayda dövlət çevrilişi planı işlənib hazırlandı.

Çevriliş 1908-ci ildə həyata keçirildi, lakin daşnakların gözlədikləri nəticəni vermədi: yeni rejimdə ermənilərin vəziyyəti qətiyyən yaxşılaşmadı. Həm də gənc türklər hökuməti təqsirkarları yüngülcə cəzalandırmaqla kifayətləndi. Bununla əlaqədar olaraq erməni siyasi dairələri yenə də istiqaməti dəyişdilər və özlərini ilkin dayaq bazasına - Rusiyaya üz tutdular. Bu dəfə çar höku­məti məmnuniyyətlə onlara meyl göstərdi. Dünya müharibəsi yaxınlaşırdı; Milyukovun ifadə­sincə, "Rusiya ilə Türkiyə arasındakı yol ayrıcında məskən salmış" ermənilər böyük siyasi əhəmiyyət kəsb etdilər. 1913-cü ildə rus diplomatları mütəşəkkil erməni burjuaziyası ilə saziş bağladılar və "məzlum ermənilərin müdafiəsi" uğrunda açıq çıxış edərək şərq vilayətlərində islahatlar keçirilməsi tələbini irəli sürdülər. Almaniyanın müdafiə etdiyi Türkiyə hökuməti inadlı müqavimətdən sonra 1914-cü ildə (26/1) islahatlar haqqında saziş imzalamağa məcbur oldu. Həmin sazişə görə ermənilər dövlətlərin, birinci növbədə Rusiyanın nəzarəti altında idarəetmə, dil, hərbi mükəlləfiyyət və i. a. sahələrdə çox geniş muxtariyyət almalı idilər.

Rusiyanın bu müdaxiləsi saziş imzalanandan azacıq sonra başlanmış dünya müharibəsi zamanı ermənilərin vəziyyətini xeyli ağırlaşdırdı, həm də müharibə başlanan kimi daşnaksutyunlar "Böyük Ermənistan" şüarını yenidən ortaya atdılar, üstəlik əsas etibarilə Türkiyənin fərari ermənilərindən ibarət könüllü dəstələr yaratmağa başladılar…

1917-ci il fevral inqilabı erməni məsələsinin tarixində yeni dövr açdı. Bir il ərzində Zaqafqaziya Rusiya ilə əlaqə saxlamaqda davam edirdi və Petroqraddan direktiv almış Xüsusi Zaqafqaziya Komitəsi tərəfindən idarə olunurdu…

1917-ci ilin oktyabrında daşnaqların rəhbərliyi altında erməni milli konqresi toplaşdı. Konqres Ermənistanla Rusiyanın digər hissəsinin əlaqəsini təsdiq etdi və Türkiyə Ermənistanının dünya müharibəsi zamanı rus qoşunları tərəfindən işğal olunmuş ərazilərinin Rusiyada saxlanılması tələbini irəli sürdü. Konqresdə Tiflisdə yerləşən erməni "milli mərkəzi" və 15 üzvdən ibarət Milli şura seçildi…

Mərkəzi dövlətlərin darmadağın edilməsi erməni burjuaziyası qarşısında yeni və geniş imkanlar açdı: müharibədən sonra yaranmış şəraitdə ermənilər qaliblərə təkcə Türkiyə əleyhinə (Kilikiyada) deyil, həm də Sovet Rusiyası əleyhinə (Zaqafqaziyada) dayaq kimi çox "lazım idilər". Erməni məsələsi yeni, əvvəlkindən daha böyük əhəmiyyət kəsb edirdi. Bununla əlaqədar olaraq "qalib dövlətlər" hər şeydən əvvəl ən təhlükəli saydıqları "Sovet" istiqamətində özlərinin müvafiq "erməni bazası"nı yaratmaqdan ötrü tədbirlər gördülər.

Daşnakların Ermənistan respublikası müttəfiqlərdən Kars vilayətini, İrəvan quberniyasını geri aldı ki, bu da Ermənistanın ərazisinin 17. 500 ingilis kvadratmilinə, əhalisinin 1. 510. 000 nəfərə (795. 000 nəfər erməni, 575. 000 nəfər müsəlman, 140. 000 nəfər digər millət) çatmasına imkan verdi. Daşnaklar bununla kifayətlənməyərək, Gürcüstanın tərkibindəki Axalkalaki və Borçalı ərazilərinə və Azərbaycanın tərkibindəki Qarabağa, Naxçıvan diyarına, böyük Yelizavetpol quberniyasının cənub hissəsinə yiyələnmək iddiasında olduqlarını bildirdilər. Həmin əraziləri zorla ilhaq etmək cəhdləri (ingilislərin Zaqafqaziyanın işğal etdikləri dövrdə) Gürcüstanla müharibəyə (dekabr 1918) və Azərbaycanla uzun, qanlı mübarizəyə səbəb oldu. Nəticədə mübahisəli rayonların əhalisi 10-30 % azaldı və bir sıra yaşayış məntəqələri sözün əsl mənasında ermənilər tərəfindən yerlə-yeksan edildi…

İngiltərənin Yaxın Şərqdəki vəziyyətini möhkəmləndirən tədbirlər - 1919-cu ildə İranla müqavilə bağlaması və Konstantinopolu işğal etməsi (16/ III-1920) onun Erməni məsələsinə marağını tam-kamal soyutdu: 1919-cu ilin axırlarında İngilislər Zaqafqaziyanı tərk etdilər və San-Remodakı konfransda (aprel-may-1920) Ermənistanın taleyi məsələsi… lazım olmadığı üçün Qərbi Avropa imperialistlərinə - Şimali Amerika imperialistlərinə verildi…

Beləliklə iki "erməni bazası"ndan biri ləğv edildi. Erməni məsələsi Zaqafqaziyada cəmləşdi. "Böyük Ermənistan"la bağlı bütün ümidlərinin açıq aydın puça çıxmasına baxmayaraq, daşnaklar burada davakar millətçilik siyasəti yeritməkdə davam edirdilər. Sovet sərhədi Ermənistanın şimalı boyu müəyyən ediləndən sonra onların vəziyyəti xeyli ağırlaşdı: daşnakların terrorçu rejimindən, saysız-hesabsız talan və müharibələrdən təngə gələn, daim aclıq və dilənçilik şəraitində yaşayan Ermənistanın xalq kütlələri kor-təbi surətdə Sovet hakimiyyətinə can atırdılar. Bakıda Sovet hakimiyyəti qurulandan cəmi üç gün sonra Ermənistanın bir sıra məntəqələrində üsyanlar qalxdı (Aleksandropolda hətta bir neçə saatlığa Sovet hakimiyyəti elan edildi). Üsyanlar daşnaklar tərəfindən vəhşicəsinə yatırıldı. Digər tərəfdən, Sovet Rusiyası ilə Ankara arasında 1920-ci ildə başlanmış dostluq münasibətləri daşnak Ermənistanı ilə toqquşdurdu, çünki daşnak Ermənistanı adları çəkilən dövlətlərin birləşdikləri yolda düşmən qüvvə kimi dururdu.

Buna görə də daşnaklar Ankara hökumətinin başının Qərbdəki yunan-ingilis cəbhəsində mübarizəyə qarışmasından istifadə edib Türkiyə tərəfdən özlərinin təhlükəsizliyini təmin etməyi qərara aldılar, çünki Sovet Rusiyası təcavüzkar əməliyyatlara qətiyyən cəhd göstərmirdi. İrəvan hökuməti Qarabağın, Naxçıvanın və Sovet Federasiyasına açıq-aydın meyl edən ərazilərin ona verilməsi təklifi ilə razılaşdı (1920-ci ilin iyununda), eyni zamanda daşnak qoşunlarının başçılarına məxfi əmr verdi ki, adları çəkilən ərazilərdə partizan əməliyyatlarına başlasınlar. Bu əməliyyatlar 1920-ci ilin sentyabrında başlandı. Eyni zamanda ingilislərdən silah almış daşnaklar Kars vilayətini və İrəvan quberniyasının hər yerində müsəlman əhalinin kütləvi qırğınını törətdilər. Şuragöl, Şərur-Dərələyəz, Kaqızman, Sürməli, Karakurt, Sarıqamış rayonlarını yandırıb külə döndərdilər: "beləliklə özlərinin arxa cəbhəsini təmin edərək" Maku sərdarının köməyinə arxayın olub Oltuya və Kaqızmana hücuma keçdilər…

1920-ci ilin dekabrında (Ermənistanda) Sovet hakimiyyəti quruldu. 1921-ci il Rusiya-Türkiyə müqaviləsi Aleksendropol müqaviləsini ləğv etdi, Ermənistanla Türkiyə arasındakı sərhədi indiki xətlər şəklində müəyyənləşdirdi.

Həmin andan - erməni xalqının yeni dövlət quruluşu yaranmasından bəri erməni məsələsinin aradan qalxdığını hesab etmək olar. Düzdür, Ermənistanın sovetləşməsindən sonra Qərbi Avropa imperialistləri Lozanna konfransında erməni məsələsi ilə möhtəkirlik etməyə daha bir cəhd göstərdilər - "Erməni ocağı" yaratmaq, "milli azlıqlar"ın müdafiəsi üçün Millətlər Birliyinin nəzarəti altında Konstantinopolda xüsusi orqan təsis etmək layihəsi irəli sürüldü; lakin bu, yalnız və yalnız Türkiyə nümayəndə heyətinin Mosul məsələsində güzəştə getməyə məcbur etmək məqsədi güddüyü üçün lazımi güzəştlər edilən kimi, layihə aradan götürüldü…

Ermənilərə yeganə real köməyi Sovet Rusiyası göstərdi. 1923-cü ilin yanvarın 27-də Çiçerin yoldaş Lozanna konfransına bildirdi ki, Rusiya və Ukrayna hökumətləri xaricdəki erməni qaçqınların böyük bir hissəsini öz ərazilərində yerləşdirmək niyyətindədir. Bu zaman Çiçerin yoldaş tamamilə haqlı olaraq göstərdi ki, Sovet nümayəndə heyəti Erməni məsələsinin müzakirəsində iştirak etməkdən uzaqlaşdırıldığına görə həmin məsələ lazımi şəkildə həll oluna bilməzdi. Çiçerin yoldaşın məktubu xaricdəki erməni dairələlərində hədsiz dərəcədə güclü əks-səda doğurdu: bir sıra xeyriyyə cəmiyyətləri, partiyalar sovet hökumətinə minnətdarlıqlarını bildirdilər, həmçinin Rusiyanın təklifinin həyata keçirilməsinə dair planları haqqında məlumat verdilər.

"Böyük Ermənistan" proqramının tamamilə, həmişəlik süquta uğraması, indi Sovet Ermənistanında aparılan çox böyük təsərrüfat və mədəniyyət işləri "diaspor"dakı erməni siyasi partiyaları arasında qəti dönüş yaratdı. Erməni burjuaziyası və ziyalıları partiyası - liberal demokratlar (ramkavarlar) indi Sovet Ermənistanına mehriban münasibət bəsləyirlər. Onların Ermənistana göndərdikləri "kəşfiyyatçılar" Sovet hakimiyyətinin dinc quruculuq işləri ilə tanış olmuş, nəticədə ramkavarların mətbuatında Sovet ölkəsinə böyük rəğbətlə yazılan materiallar verilmişdir. Hətta millətçi Qnçaq partiyası da bu cür mövqe tutmuşdur.

Əvvəlki kimi Sovet Ermənistanına hədsiz nifrət bəsləyən yeganə partiya Daşnaksutyundur. O, yenə də silahlı müdaxiləni, ölkənin daxilində partizan müharibəsi aparmağı və üsyan qaldırmağı təbliğ edir, halbuki bu istiqamətdə göstərilən son cəhd yəni 1921-ci ilin fevralında Vratsyanın əksinqilabi çevrilişi tam uğursuzluqla nəticələnmiş, ölkədə qısa, lakin qanlı vətəndaş müharibəsi doğurmuşdu. İndi Daşnaksutyün partiyası mənəvi cəhətdən çürüməkdədir, hətta mühacir kütlələr arasında nüfuzunu itirir - hazırda qaçqınların Sovet Ermənistanına köçürülməsi üçün Avropada və Amerikada yığılan (əsas etibarilə daşnaksakanların Qırmızı Xaç Cəmiyyəti tərəfindən) vəsaiti mənimsəmək hesabına dolanır. Yeri gəlmişkən erməni mühacirləri arasında ən vicdanlıları özlərinin əvvəlki istiqamətini dəyişir və keçmişdən əl çəkərək, təqsirlərini boyunlarına alıb Vətənə qayıdırlar.

Sovet çevrilişindən sonra Daşnaksutyün şübhəsiz tam ölümə məhkumdur və bu ölümlə Erməni məsələsinin tarixində yeni səhifə açılır.

V. Qurko-Kryajin

1926-cı ildə Moskvada "Böyük Sovet Ensiklopediyası" səhmdarlar cəmiyyətinin buraxdığı Böyük Sovet Ensiklopediyasından tərcümə.

Erməni terror təşkilatları

Elmi araşdırmalar beynəlxalq terrorizmin tərkib hissəsi olan erməni terrorunun tarixinin 100 ildən çox olduğunu göstərir. Belə ki, «Böyük Ermənistan» dövlətinin yaradılmasını qarşısına məqsəd qoymuş radikal erməni təşkilatları - 1887-ci ildə yaradılmış «Armenakan», sonradan «Hnçak» və «Daşnaksütyun» partiyaları bu planı həyata keçirmək üçün siyasi terror aksiya­larından geniş istifadə edilməsini proqram sənədlərində başlıca vasitə kimi nəzərdə tutmuşlar.

«Armenakan» partiyası: 1885-ci ildə yaradılıb. Türkiyənin Van, Muş, Bitlis,Trabzon bölqələrində və İstanbulda silahlı toqquşmalar və terror aktları törədən bu partiya İran və Rusiyada yaşayan ermənilərlə əməkdaşlıqda olub.

«Hnçak» partiyası: 1887-ci ildə Cenevrədə yaradılıb. Qurumun əsas məqsədi Türkiyənin Anadolu bölgəsini, «Rus» və «İran» Ermənistanları adlandırdıqları əraziləri birləşdirməklə «Böyük Ermənistan» dövləti yaratmaqdır. Partiyanın proqramının 4-cü bəndində göstərilir; «Qarşıya qoyulmuş məqsədə çatmaq üçün təbliğat, təşviqat, terrorizm və dağıdıcı təşkilat yaradılması metodu seçilməlidir»

«Daşnaksütyun» - erməni federativ inqilab partiyası: 1890-cı ildə Tiflisdə yaradılıb. Əsas qayəsi Azərbaycanın Dağlıq Qarabağ, Naxçıvan və Türkiyənin Anadolu torpaqlarında «Böyük Ermənistan» dövləti qurmaqdır. 1892-ci ildə Tiflisdə ilk qurultayını keçirən «Daşnaksütyun» türklərə qarşı sui-qəsdlərin təşkil olunması barədə qərar çıxarmışdır. Məhz bu qurultaydan sonra «Daşnaksütyun» «türkü, kürdü hər yerdə, hər bir şəraitdə öldür, sözündən dönənləri, erməni xainlərini öldür, intiqam al!» əmrini vermişdir. «Daşnaksütyun» partiyası tərəfindən yaradılan bir sıra terror qrupları mövcuddur: 1973-cü ildə fəaliyyətə başlamış «Erməni «soyqırımının» intiqamçıları» qrupu 1980-82-ci illər ərzində Avstriya, Danimarka və Portuqaliyada türk diplomatlarını qətlə yetirib; Məxfi terror qrupu DRO və onun bölmələri: DRO-8, DRO-88, DRO-888, DRO-8888. Daşnakların hazırda bu istiqamətdə fəaliyyəti davam edir.

«Erməni gizli azadlıq ordusu» (ASOA): 1975-ci ildə Beyrutda yaradılıb. Mənzil-qərargahı Dəməşqdə yerləşir. Fələstin bazalarında hazırlıq keçən mindən artıq döyüşçüsü vardır. Fəaliyyətinin ilk 6 ilində təşkilat dünyanın müxtəlif ölkəsində 19 türk diplomatının ölümünə səbəb olan terror aktları keçirib.

«Ermənistanın azadlığı uğrunda erməni gizli ordusu» (ASALA): 1975-ci ildə yaradılan təşkilatın qərargahı Beyrutda, təlim-məşq bazaları isə Suriyada yerləşir. Təşkilatın məqsədi Şərqi Türkiyə, Şimali İran və Azərbaycanın Naxçıvan və Dağlıq Qarabağ əraziləri üzərində «Böyük Ermənistan» qurmaqdır. Bu təşkilat əsasən Türkiyə və Azərbaycan vətəndaşlarına qarşı terror aktları həyata keçirir. Təşkilat «Əbu Nidal», «Qara sentyabr» kimi terror qrupları ilə əməkdaşlıq etməsində əsas fiqurlardan biri ASALA-nın lideri Akop Akopyan olmuşdur. Afinada 1980-ci ildə qətlə yetirilmiş türk səfirinin ölümünə görə məsuliyyəti öz üzərinə götürmüş A. Akopyan («Mücahid») 01. 08. 80-ci ildə «Nyu-York Tayms» qəzetinə verdiyi müsahibədə bildirmişdir: «Bizim düşmənimiz türk rejimi, NATO və bizlə əməkdaşlıq etməyən ermənilərdir». 28. 04. 1988-ci ildə A. Akopyan Afina şəhərində öldürülmüşdür. Livanda 1980-ci ilin aprelində ASALA birgə terror aksiyalarının keçirilməsinə dair PKK ilə razılığa gəlmiş və bu niyyətlərini rəsmiləşdirmişlər. Beyrut şəhərində 28. 08. 1993-cü ildə açıqlanan bəyanatında ASALA «pantürkist neft borusu» (Bakı-Tbilisi-Ceyhan) ilə bağlı layihənin həyata keçirilməsinə imkan verməyəcəyini bildirmişdir.

«Geqaron»: 2001-ci ilin fevralında ASALA tərəfindən yaradılmışdır. Məqsəd- Cənubi Qafqaz və Orta Asiya ərazilərinə türk mənşəli siyasi lider, diplomat və biznesmenlərə qarşı terror aktlarının keçirilməsidir.

«Erməni azadlıq hərəkatı» (AOD): 1991-ci ildə Fransada yaradılıb. Terror fəaliyyətini ASALA ilə sıx əlaqədə həyata keçirir.

«Erməni azadlıq cəbhəsi»: 1979-cu ildə yaradılan bu terrror təşkilatı ASALA-nın tərkib hissəsi sayılır. Türkiyə və Azərbaycan əleyhinə terrorçular hazırlayır.

«Orli qrupu»: 1981-ci ildə Fransada yaşayan erməni gəncləri tərəfindən yaradılıb. Təşkilat 1987-ci ilədək dünyanın müxtəlif hava limanlarında 10-dan artıq terror aktı həyata keçirib.

«Erməni soyqırım ədalət komandosları»: 1972-ci ildə Vyanada «Daşnaksütyun» partiyasının qurultayı zamanı yaradılıb. «Erməni soyqırımı ədalət komandosları»nın məqsədi erməni əsilli gənc Livan vətəndaşlarını hərbi birləşmələrdə cəmləşdirmək, türklər və azərbaycanlılara qarşı qanlı terror aksiyaları təşkil etməkdir.

«Erməni birliyi»: 1988-ci ildə Moskvada yaradılmışdır. «ASALA» ilə sıx əlaqələri vardır, keçmiş sovet məkanında terrorçuların fəaliyyəti üçün onları saxta sənədlərlə təmin edir. Qarabağa silah və muzdluların ötürülməsində iştirak edir.

«Gənc ermənilər ittifaqı»: Diplomatların oğurlanması ilə məşğul olan bu təşkilat 1990-cı ildə Fransada yaradılıb.

«9 iyun qrupu»: Həbsdə olan erməni terrorçularının azad olunmasına çalışan bu təşkilat 1991-ci ildə İsveçrədə yaradılıb.

«İsveçrə qrupu»: Avropanın bir çox ölkəsində fəaliyyət göstərən bu təşkilat Fransa, İtaliya və Yunanıstanda keçirilmiş 4 terror aktının məsuliyyətini öz üzərinə götürmüşdür.

«Demokratik cəbhə»: ABŞ, Kanada və Qərbi Avropada fəaliyyət göstərir. Başlıca məqsədi- türk dövlətinin parçalanmasıdır.

«İntiharçılar eskadronu»: 1981-ci ildə Parisdə yaradılmışdır. Həmin ildə bu təşkilat Türkiyənin Fransadakı baş konsulluğunu zəbt edilməsində iştirak etmiş, nəticədə qrupun 4 nümayəndəsi, həmçinin keçmiş rəhbəri Yan Kaşkayan həbs edilmişdir.

«Apostol»: 2001-ci il aprel ayının 29-da əsasən Ermənistan, Suriya və Livan vətəndaşlarından ibarət olan Ermənistan Müdafiə Birliyi tərəfindən yaradılmışdır. Məqsəd- Türkiyə və Azərbaycan ərazilərində terror aktların keçirilməsidir.

Azərbaycan ərzisində ermənilərin törətdiyi terror – təxribat faktları

Ermənistan dövlətinin və erməni diasporasının maliyyə və təşkilatı yardımı ilə dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən erməni terrorçu təşkilatlarının Azərbaycana qarşı apardıqları terror müharibəsi 1980-ci illərdən başlayaraq ardıcıl xarakter almışdır. Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı 7 rayonun işğalı zamanı kütləvi vahimə yaratmaq, çoxlu insan tələfatına nail olmaq məqsədi ilə Ermənistanın xüsusi xidmət orqanları hərbi əməliyyatların getdiyi ərazilərdən xeyli uzaqda, dinc azərbaycanlı əhalisinin yaşadığı məntəqələrdə terror aktları təşkil etmiş, nəticədə minlərlə günahsız insan həlak olmuşdur.

16 sentyabr 1989-cu il. "Tbilisi-Bakı" marşrutu ilə hərəkət edən sərnişin avtobusu partladılmış, 5 nəfər həlak olmuş, 25 nəfər yaralanmışdır.

18 fevral 1990-cı il. Yevlax-Laçın yolunun 105-ci km-də "Şuşa-Bakı" marşrutu ilə hərəkət edən avtobus partladılmış, çoxlu insan təlafatı olmuşdur.

11 iyul 1990-cı il. "Tərtər-Kəlbəcər" sərnişin avtobusu partladılmış, dinc əhali olan maşın karvanına qarşı terror aksiyası keçirilmiş, nəticədə 14 nəfər qətlə yetirilmiş, 35 nəfər yaralanmışdır.

10 avqust 1990-cı il. "Tbilisi-Ağdam" marşrutu ilə hərəkət edən sərnişin avtobusu partladılmış, 20 nəfər həlak olmuş, 30 nəfər yaralanmışdır. cinayətin təşkilatçıları A. Avanesyan və M. Tatevosyan cinayət məsuliyyətinə cəlb olunmuşlar. Həmin gün "Şəmkir-Gəncə" avtomobil yolunda Xanlar rayonunun Nadel kəndi yaxınlığında "LAZ" markalı 43-80 AQF dövlət nömrə nişanlı avtobus partladılmış, nəticədə 17 nəfər həlak olmuş, 26 nəfər yaralanmışdır.

30 noyabr 1990-cı il. Xankəndi aeroportu yaxınlığında sərnişin avtobusu partladılmış, 2 nəfər həlak olmuş, 11 nəfər yaralanmışdır.

09 yanvar 1991-ci il. "Molodyoj Azerbaycana" qəzetinin müxbiri Salatın Əsgərova və 3 hərbi qulluqçunun olduğu avtomobilə qarşı terror aktı nəticəsində 4 nəfər qətlə yetirilmişdir. Terrorçu qrupun üzvləri A. Mkrtçyan, Q. Petrosyan, A. Manqasaryan və Q. Arustamyan cinayət məsuliyyətinə cəlb olunmuşlar.

30 may 1991-ci il. Rusiya Federasiyası Dağıstan Respublikasının Xasavyurd stansiyası yaxınlığında "Moskva-Bakı" sərnişin qatarı partladılmış, nəticədə 11 nəfər həlak olmuş, 22 nəfər yaralanmışdır.

19 iyun 1991-ci il. "Yevlax-Laçın" avtomobil yolunun 106-cı kilometrində 5459 saylı hərbi hissəyə məxsus "UAZ-469" markalı avtomaşın partladılmış, 3 nəfər həlak olmuş, 3 nəfər ağır yaralanmışdır.

31 iyul 1991-ci il. Dağıstan Respublikasının Temirtau stansiyası yaxınlığında "Moskva-Bakı" sərnişin qatarı partladılmış, nəticədə 16 nəfər həlak olmuş, 20 nəfər yaralanmışdır.

02 avqust 1991-ci il. Hadrut rayonunun Dolanlar kəndində "QAZ-53" markalı avtomaşın partladılmış, nəticədə 4 nəfər həlak olmuş, 8 nəfər yaralanmışdır.

21 avqust 1991-ci il. Hadrut rayonunun Şadaxt kəndi yaxınlığında "KAVZ" markalı 70-30 AQO dövlət nömrə nişanlı avtobus partladılmış, nəticədə 2 nəfər həlak olmuş, 10 nəfər ağır bədən xəsarəti almışdır.

08 sentyabr 1991-ci il. "Ağdam-Xocavənd" avtobusunun atəşə tutulması nəticəsində 5 nəfər qətlə yetirilmiş, 34 nəfər müxtəlif dərəcəli xəsarət almışdır. Terrorun Xaçaturyan Volodi, Yeremyan Saro, Çalyan Saşa, Arustamyan Armo tərəfindən törədildiyi sübuta yetirilmişdir. Həmin gün "Ağdam-Qaradağlı" marşrutu ilə işləyən avtobus erməni quldurları tərəfindən atəşə tutulmuş, 8 nəfər həlak olmuş, 42 nəfər müxtəlif dərəcədə xəsarət almışdır.

26 sentyabr 1991-ci il. "Yevlax-Laçın" yolunda "VAZ-2106" markalı D 72-07 AQ nömrə nişanlı avtomaşın partladılmış, nəticədə 2 nəfər həlak olmuş, 14 nəfər yaralanmışdır.

19 oktyabr 1991-ci il. Ağdərə rayonunun Sırxavənd kəndi yaxınlığında "UAZ-469" markalı avtomaşın partladılmış, nəticədə 3 nəfər həlak olmuş, 2 nəfər ağır yaralanmışdır.

20 noyabr 1991-ci il. Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında "Mİ-8" vertolyotunun atəşə tutulması nəticəsində vertolyot heyəti və sərnişinlər - Azərbaycanın görkəmli dövlət və hökümət nümayəndələri, Rusiya və Qazaxıstandan olan müşahidəçilər - 19 nəfər həlak olmuşdur.

26 dekabr 1991-ci il. Şuşa-Laçın yolunun 4-cü kilometrliyində "ZİL-130" və "Moskviç" maşınları partladılmış, 5 nəfər həlak olmuş, 4 nəfər yaralanmışdır.

08 yanvar 1992-ci il. Türkmənistandan "Krasnovodsk-Bakı" marşurutu ilə hərəkət edən dəniz bərəsində törədilən terror aktı nəticəsində 25 nəfər həlak olmuş, 88 nəfər yaralanmışdır.

28 yanvar 1992-ci il. "Ağdam-Şuşa" marşrutu ilə uçan Mİ-8 mülki vertolyotu Şuşa şəhəri yaxınlığında erməni terrorçuları tərəfindən vurulmuşdur. Nəticədə çoxu qadın və uşaq olan 44 nəfər həlak olmuşdur.

1992-ci ilin yanvar ayında erməni terrorçu dəstələri Kərkicahan qəsəbəsində 80 nəfər, 1992-ci ilin fevral ayında Xocavənd rayonunun Qaradağlı kəndində 77 nəfər və 26 fevral 1992-ci il tarixdə Xocalı şəhərində 613 nəfər dinc sakini qətlə yetirmiş, 650 nəfəri isə yaralamışlar.

22 mart 1992-ci il. "UAZ 469" markalı 60-25 AZU dövlət nişanlı avtomaşın Qazax rayonu ərazisində partladılmış, nəticədə 3 nəfər həlak olmuş, 2 nəfər yaralanmışdır.

28 mart 1992-ci il. "Kamaz-5410" markalı 40-53 AQŞ dövlət nişanlı avtomaşın partladılmış, nəticədə 3 nəfər həlak olmuş, 2 nəfər yaralanmışdır.

18 aprel 1992-ci il. "Qazax-cəfərli" yolunun 10-cu kilometrliyində "Vaz" markalı maşın silahlı basqına məruz qalmış, nəticədə 2 nəfər ölümcül yaralanmışdır.

20 may 1992-ci il. Zəngilan rayonunun Qarançı kəndi yaxınlığında "UAZ-469" markalı 80-33 AQD dövlət nömrə nişanlı avtomaşın silahlı basqına məruz qalmış, nəticədə 2 nəfər həlak olmuş, 2 nəfər yaralanmışdır.

28 fevral 1993-cü il. Rusiyanın Şimali Qafqaz ərazisində Qudermes stansiyası yaxınlığında "Kislovodsk-Bakı" sərnişin qatarı partladılmış, 11 nəfər həlak olmuş, 18 nəfər yaralanmışdır.

02 iyun 1993-cü il. Bakı dəmir yolu vağzalında sərnişin qatarının vaqonunun partladılması nəticəsində dövlətə külli miqdarda maddi ziyan dəymişdir. Partlayışın icraçısı Rusiya vətəndaşı İqor Xatkovski Ermənistan Respublikası Milli Təhlükəsizlik Baş İdarəsi kəşfiyyat şöbəsinin rəisi, polkovnik caan Ohanesyan tərəfindən məxfi əməkdaşlığa cəlb edilərək, cəsusluq və terrorçuluq məqsədilə Azərbaycana göndərildiyini, böyük insan tələfatı ilə nəticələnəcək partlayışlar törətmək tapşırığı aldığını etiraf etmişdir. İstintaq zamanı sübuta yetirilmişdir ki, həmin qrup 1992-1994-cü illərdə Rusiya ərazisindən Bakıya gələn sərnişin qatarlarında silsilə partlayışlar törətmişdir.

22 iyul 1993-cü il. Tərtər rayonunda törədilmiş partlayış nəticəsində 5 nəfər həlak olmuş, 18 nəfər yaralanmışdır. Həmin gün Qazax rayonunun mərkəzində törədilmiş partlayış nəticəsində 6 nəfər həlak olmuş, 10 nəfər yaralanmışdır.

30 avqust 1993-cü il. Hadrut rayonu ərazisində "ZİL" markalı maşın partladılmış, nəticədə 2 nəfər həlak olmuşdur. Həmin hadisədən bir neçə gün sonra içərisində 12 nəfər kənd sakini olan "QAZ-66" markalı sərnişin avtobusu rayondan çıxarkən partladılmış, nəticədə 4 nəfər həlak olmuş, 8 nəfər ağır dərəcədə yaralanmışdır.

01 fevral 1994-cü il. Bakı dəmir yolu vağzalında "Kislovodsk-Bakı" sərnişin qatarında terror aktı törədilmiş, 3 nəfər həlak olmuş, 20 nəfər yaralanmışdır.

18 mart 1994-cü il. Xankəndi şəhəri yaxınlığında İran Hərbi Hava Qüvvələrinə məxsus "Herkules" tipli təyyarə vurulmuş, 34 diplomat və ailə üzvləri həlak olmuşlar.

19 mart 1994-cü il. Bakı metropolitenin "20 Yanvar" stansiyasında törədilmiş partlayış nəticəsində 14 nəfər həlak olmuş, 49 nəfər yaralanmışdır. Məhkəmə sübut etmişdir ki, terror aksiyası Ermənistan xüsusi xidmət orqanları tərəfindən hazırlanmış, separatçı "Sadval" ləzgi təşkilatının üzvləri tərəfindən həyata keçirilmişdir. Müəyyən olunmuşdur ki, "Sadval" separatçı təşkilatının həmin fəalları 1992-ci ildən etibarən dəfələrlə Ermənistanda olmuş, bu ölkənin Milli Təhlükəsizlik Baş İdarəsi təşkilatın formalaşmasında, maliyyələşməsində və silahlanmasında yaxından iştirak etmişdir. 1992-ci ilin aprel-may aylarında 30 nəfər milliyyətcə ləzgi olan Azərbaycan vətəndaşı Ermənistanın Nairi rayonunun Lusakert qəsəbəsində yerləşən təlim-məşq bazasında xüsusi terror-təxribat hazırlığı keçmişdir. İstintaq zamanı müəyyənləşdirilmişdir ki, təxribatçılar təlimata uyğun olaraq, "20 Yanvar" stansiyası ilə yanaşı Bakının "Nizami" kinoteatrında, Respublika sarayında və Bakı lampa zavodunda da partlayışlar törətməyi planlaşdırmışlar. "20 Yanvar" metro stansiyasında partlayışın törədilməsində ittiham olunan və Ermənistanda xüsusi terror-təxribat hazırlığı keçmiş 30 sadvalçı cinayət məsuliyyətinə cəlb edilmişdir.

13 aprel 1994-cü il. Dağıstan Respublikasının "Daqestanskiye Oqni" stansiyası yaxınlğında "Moskva-Bakı" sərnişin qatarı partladılmış, 6 nəfər həlak olmuş, 3 nəfər yaralanmışdır.

03 iyul 1994-cü il. Bakı metropolitenin "28 May" və "Gənclik" stansiyaları arasında elektrik qatarındakı partlayış nəticəsində 13 nəfər həlak olmuş, 42 nəfər müxtəlif dərəcəli bədən xəsarəti almışdır. Terror aksiyası Azərbaycan Respublikasının vətəndaşı, Dağlıq Qarabağ uğrunda gedən döyüşlər zamanı - 13 yanvar 1994-cü ildə əsir düşmüş və Ermənistan xüsusi xidmət orqanları tərəfindən məxfi əməkdaşlığa cəlb edilmiş Aslanov Azər Salman oğlu tərəfindən törədilmişdir. Məhkəmə araşdırmaları zamanı müəyyən olunmuşdur ki, 14 yanvar 1994-cü ildə erməni separatçılarının ideoloqlarından biri, yazıçı Zori Balayan hərbi əsir, milliyətcə ləzgi Azər Aslanovla görüşmüş, azərbaycanlılara qarşı mübarizədə bütün azsaylı xalqların birgə fəaliyyət göstərmələrinin vacibliyini bildirmişdir. 9 iyun 1994-cü ildə Ermənistan xüsusi xidmət orqanlarının Artur adlı əməkdaşı A. Aslanovun Bakıdakı mənzilinə zəng vuraraq onun sağ olduğunu bildirmiş və azad olunması üçün yaxın qohumlarından birinin Yerevan şəhərinə gəlməsinin zəruriliyini qeyd etmişdir. 16 iyun 1994-cü il tarixində A. Aslanovun anası Tacibat Aslanova Yerevana gəlmişdir. Azər Aslanova anasının həyatının təhlükə altında olduğu bildirilmiş, bu təhdidlər altında o, Ermənistan xüsusi xidmət orqanları ilə "Ömər-75" təxəllüsü ilə daimi əməkdaşlığa cəlb edilmişdir. Azərbaycana maneəsiz gəlməsi üçün Azər Aslanovun adına saxta sənədlər hazırlanmış, partlayıcı maddə isə müvafiq qaydada peçenye, şokolad və dezodarant qutularında gizlədilmişdir. A. Aslanov "Yerevan-Mineralnıye Vodı-Bakı" marşrutu ilə Azərbaycana gələrək, 3 iyul 1994-cü ildə Bakı metrosunun "28 May" və "Gənclik" stansiyası arasında qatarda terror aktını həyata keçirmiş və yenidən Ermənistana qayıtmışdır. Bu müddət ərzində Yerevanda girov saxlanılan anası yalnız bundan sonra azad olunmuşdur. İstintaq zamanı müəyyən edilmişdir ki, terror aktının təlimatçıları Ermənistan xüsusi xidmət orqanlarının polkovniki Karen Baqdasaryan və kapitan Seyran Sarkisyan olmuşlar. Azərbaycan Respublikasının Ali Məhkəmə instansiyaları tərəfindən aparılmış araşdırmalar prosesində göstərilən terror aktlarının həyata keçirilməsində Dağlıq Qarabağın qeyri-qanuni rejiminin funksionerləri və Ermənistan Respublikasının xüsusi xidmət və digər dövlət orqanlarının təşkilatçılığı, maliyyə və texniki dəstəyi, əksər hallarda isə bilavasitə iştirakı prosessual qaydada sübuta yetirilmişdir.

27 sentyabr - 08 noyabr 2020-ci il. İkinci Qarabağ müharibəsi zamanı Ermənistan tərəfindən münaqişə zonasından kənarda olan şəhərlərə Gəncə, Bərdə, Tərtər, Ağdam və Goranboya - atılan raketlər mülki əhalini - qadınları, uşaqları və yaşlıları öldürdü – onların hamısı erməni xəbisliyinin və vəhşiliyinin qurbanı oldu.

Dünyada ermənilər haqqında fikirlər

1. Ermənilər haqqında çox-çox qədimlərdən pis fikir yaranıb və heç şübhəsiz ki, bu əsassız deyildir, əsası olmasaydı bütün bir xalq haqqında, həm də müxtəlif dövrlərdə belə bir fikir yarana bilməzdi…

…məhz ermənilər hər cür bəhanə ilə hay-küy qoparmaq qabiliyyətinə malikdirlər. Onları özgə evinə buraxmadıqda, yaxud hər hansı bir hiylələrinin üstünü açdıqda, ya da oğrularını məhkəməyə verdikdə təkcə özləri hay-küy qoparmırlar, həm də özgə xalqdan olan, səfeh, yaxud satqın admları da hay-küy qoparmağa məcbur edirlər.

Rus tədqiqatçısı V. L. Veliçko. "Qafqaz" əsərindən.

2. "Ermənilər silməyə və gürcülərə məxsus olan xram və monastrlarda gürcülərin izini məhv edir, daş üzərində gürcü yazılarını qaşıyır, yaxud silir, daşın özünü tikintidən çıxarır və onların əvəzinə erməni yazıları ilə əvəz edirlər".

Gürcü yazıçı və mütəfəkkiri İ. Çavçavadze

3. Əlahəzrət mərkəzi rus torpaqlarında ermənilərin məskunlaşmasına icazə verməyin. Onlar elə tayfadırlar ki, bir neçə on il yaşadıqdan sonra dünyaya hay-küy salacaqlar ki, bura bizim qədim dədə-baba torpağımızdır deyəcəklər.

A. S. Qriboyedov Rus imperatoruna məktubundan.

4. Ermənistan bir dövlət kimi bəşəriyyət tarixində heç bir mühüm rol oynamamış, onun adı ermənilərin səpələndiyi coğrafi termin olub güclü dövlətlərin-assuriyalıların, midiyalıların, iranlıların, yunanların, monqalların, rusların…. Öz mübahisələrini həll etdikləri yer olmuşdur.

P. Kerop Patkanov. Van yazıları və onların Ön Asiyanın tarixi üçün əhəmiyyəti. SPB. 1981, səh. 36-37, Maqdı Neymanın "Ermənistan" kitabından götürülümüşdür. SPB, 1899

5. Mən onlarla (ermənilərlə) heç zaman dil tapa bilmədim. Onların hiyləgərliyi olduqca iyrənc, alçaqlığı olduqca dözülməz, əclaflığı olduqca təəssüfləndiricidir.

Fransız səyyahı qraf De-Şolye.

6. Ermənilər yerli əhalinin şirəsini sormağa başladılar. Bununla kifayətlənməyərək gəlmə ermənilər yerli müsəlman əhalisinin şan-şöhrətini korlamaq siyasəti yeridirdilər ki, gələcəkdə onları qovub torpaqlarına sahib ola bilsinlər.

Rus tədqiqatçısı V. L. Veliçko Rus işi və tayfalararası məsələlər. Publisistik əsərlərin tam külliyatı. 1-ci cild. SPB. , 1904.

7. Zaqafqaziyada yaşayan 1 milyon 300 min nəfər erməninin 1 milyonu yerli deyildir. Və onlar vilayətə bizim tərəfimizdən köçürülüb.

N. İ. Şavrov. "Zaqafqaziyada rus işinə yeni təhlükə: Muğanın yaddellilərə satışının gözlənilməsi". SPB. 1911, səh. 59-61.

8. Bu kilsə bir müddət saxta pul düzəldənlərin yuvası olmuşdur. Bu monastr məndə dini mərkəzdən çox siyasi mərkəz təəssüratı yaratdı.

Fransız alimi de-Ban. Eçmiədzin kilsəsinə səfəri haqqında

9. Ermənlərin xalq qəhrəmanlığı barəsində bir şey eşidən olubmu? Onların azadlıq uğrundakı mübarizələrinin adları harada həkk edilib? Heç yerdə! Çünki ermənilərin "qəhrəmanları" həmişə öz xalqlarının xilaskarlarından daha çox cəlladı olublar.

Rus diplomatı general Mayevskinin xatirələri. "Ermənilərin törətdiyi kütləvi qırğınlar" kitabından.

10. Kəndlərə aparılan yollara müsəlman kəndlilərinin süngüyə keçirilmiş meyitləri, kəsilmiş bədən hissələri və dağılıb tökülmüş daxili orqanları səpələnmişdi… Əsasən qadınlar və uşaqlar! Hakimlər və sahibkarlar qətlləri təşkil etmiş, erməni ordusu onu yerinə yetirmişdir. Dərin quyular qazılmış və köməksiz insanlar heyvan kimi kəsilərək bir-birinin ardınca quyulara atılmışdır. Qətllər üçün məsuliyyət daşıyan ermənilər bir evə səksən nəfər müsəlman doldurur, sonra isə onların başlarını kəsirdi.

Polkovnik-leytenant Qryaznovun 1915-ci ildə Ərzincandakı qırğınlar haqqında raportundan.

11. 11-12-mart gecələrində erməni cəlladları Ərzincan ətrafındakı ərazilərdə müsəlmanları süngülər və baltalarla qətlə yetirdilər. Bu vəhşilər öz qurbanlarını əksərən öz məşum planları məqsədi ilə qazılmış xəndəklərə atırdılar. Mənim yavərim iki yüz (200) belə xəndək saymış və cinayətlərin üstünü açmışdı.

Rus ordusunun generalı L. Odişelidzenin 1915-ci il tarixli məlumatından.

12. "Ali məktəbdən tutmuş lap adicə ibtidai məktəblərə qədər bütün erməni məktəbləri Avropa paytaxtlarında ifrat dərəcəyə çatdırılmış erməni təbliğatçılarının qızğın fəaliyyət meydanına çevrilmişdi. Vətənpərvərlik mədhiyyə və mahnıları, kəskin satira və təmsillər müəllimlər mühitindən yeniyetmələrin odlu qəlbinə düşürdü, onlarda müsəlmanların mənfur hakimiyyətinə qarşı qəzəb, kin-kudrət hissini heç kimə məlum olmayan gələcəyin fantastik illüziyalarının bütöv bir silsiləsini alovlandırırdı. Beləliklə, ən qısa bir vaxt (3-4 il) ərzində onların yaratdığı illüziyanın müdafiəsi üçün qanlı fədakarlığa hazır olan qudurğan, inadkar gənclər yarandı…"

Rus diplomatı general Mayevskinin xatirələri. "Ermənilərin törətdiyi kütləvi qırğınlar" kitabından.

13. Qarabağın tarixi kökləri antik dövrə gedib çıxır. Bu, Azərbaycanın tarixi əyalətlərindən biridir. Bu region Azərbaycanın vacib siyasi, mədəni və mənəvi mərkəzidir… Bədnam Qarabağ problemi ermənilər tərəfindən saxta ideyalar əsasında yaradılmışdır.

Samuel A. Uims. "Ermənistan terrorçu "xristian" ölkənin gizlinləri", Ermənlərin böyük fırıldaq seriyaları, I -cild.

14. "Biz Xocalı faciəsinin şahidiyik. Biz Xocalı müdafiəçilərinin, yüzlərlə dinc sakinlərinin-qadınların, uşaqların, qocaların eybəcər hala salınmış cəsədlərini gözlərimizlə gördük… Ermənilər bizim vertolyotu da atəşə tutduqlarına görə çəkilişi başa çatdıra bilmədik. Amma elə yüksəklikdən gördüklərimiz də törədilən vəhşilikləri təsəvvürə gətirmək üçün kifayət edirdi. Bu, tükürpədici mənzərə idi. 5-6-yaşlı uşaqları, qundaqdakı körpələri, hamilə qadınları vəhşiliklə öldürən ermənilər cəlladlıqda heç kəslə müqayisəyə gəlməzlər".

Xocalı qırğınının şahidi fransız jurnalisti Jan İv Yunet.

15. … Əsirlər var. Lakin artıq yaşamağa yararlı deyillər. Qışda onları səhərlər ayaqyalın qarın-buzun üzərinə çıxarırlar. Təpələrindən soyuq su tökür, başlarında şüşə sındırır, sonra təzədən kameraya salırlar. Əsl işgəncələr isə bundan sonra başlanır. Barmaqlarını qapının arasına qoyub qırır, cığırdıqca rezin dəyənəklə döyürlər. Çoxu əzablara tab gətirməyərək dəli olub ölür. Biz növbəti kəndi zəbt edəndə bir erməninin diri uşağı götürüb iki böldüyünü görmüşəm. Sonra bədənin bir hissəsi ilə anasının sifətinə, başına o qədər döydü ki, övladının al qanına bulaşmış qadın dəli olub gülməyə başladı.

"Moskovskiy komsomolets" qəzeti. 29. 01. 1994. "Neft sindromu" məqaləsindən.

16. Dağlıq Qarabağdakı konflikt yaxşı planlaşdırılmış, əvvəlcədən hazırlanmış həyata keçirilməsi Ermənistanın kommunist rəhbərlərinin üzərlərinə düşən aksiyadır… "Qarabağ hərəkatı"nın liderləri millətin öz müqəddəratını təyin etməsi prinsipini hipertrofiyaya uğradaraq elə bir həddə çatdırmışdır ki, ondan sonra separatizm başlayır.

Fyodr Şellov-Koverdyayev - Rusiya XİN-nin keçmiş I müavini, vəkil.

Ermənilər ermənilər barədə

1. 1883-cü ildə İrəvan şəhərinin 18. 766 nəfər əhalisinin 15. 992 nəfəri, 1866-cı ildə isə 27. 246 nəfərindən 23. 626 nəfəri, yəni 85,2 % azərbaycanlı olmuşdur.

Erməni alimi Zaven Korkodyan. "Sovet Ermənistanının əhalisi 1831-1931" adlı kitabından. 1932.

2. Tarixi qədimlik təsəvvürünə görə, ermənilərin Böyük Ermənistan hesab edilən həqiqi vətəni Rusiya hüdudlarından kənarda, daha doğrusu Kiçik Asiyada yerləşir. Dağlıq Qarabağda yaşayan ermənilərə gəlincə, onların bir hissəsi aborigen olub, xristian dinini qoruyub saxlayan qədim albanların nəslindəndir. Bir hissəsi təqib və hücumlardan qurtarmaq üçün Azərbaycan torpaqlarında sığınacaq tapan İran və Türkiyə qaçqınlarıdır.

B. İşxanyan. "Qafqaz xalqları" Petroqrad. 1916-cı il, səh. 18

3. 1828-ci ildə məşhur "Türkmənçay" müqaviləsi olmasaydı, Qriboyedov və Abovyan olmasaydı, rus əsgərləri olmasaydı, bu gün müasir kənd və şəhərlərə çevrilən yüzlərlə yeni yaradılan erməni ocaqları olmayacaqdı… Təkcə son onillikdə (60-70-ci illərdə) Vətənə iki yüz mindən çox erməni köçmüşdür.

Zori Balayan. "Ocaq", səh. 120, 192, 273.

4. Daşnak nümayəndələri ətraflarına çoxlu könüllü silahlı dəstələr yığaraq müharibə gedən türk ərazilərində qadın, uşaq, qoca və əlilləri amansızcasına doğrayıb tökürdülər.

A. Lalayan. 1918-20-ci illərdəki qırğınlar haqqında. "İnqlabi Şərq" jurnalı, № 2-3, 1936. Moskva

5. Ara bir az sakitləşən kimi Şuşanı yenə gördüm. Şəhərin türk məhəlləsində daş-kəsək yığınlarından başqa bir şey qalmamışdı. Bütün evlər yandırılmış, onların sahibləri isə öldürülmüşdü. Eyni hal Xankəndindəki türk məhəlləsinin də başına gətirilmişdi… Bakıda ermənilər ingilislərin yardımı ilə bu böyük neft şəhərini ələ keçirdilər və şəhərin türk əhalisindən 25. 000 nəfərini qırdılar"

Ohanes Apresyanın xatirələrindən. Leonard Ramsden Hartvill. "İnsanlar belədir. 1918-1922-ci illər Azərbaycan hadisələri bir erməninin xatirələrində". ABŞ, İndianapolis, "Bobbs Meril kompani" nəşriyyatı, 1928.

6. "Erməni hökumətinin daşnak agentləri Qarabağı Ermənistana birləşdirməyə çalışırlar. Bu, Qarabağ əhalisinin Bakıdakı həyat mənbəyindən məhrum olmaq, heç zaman heç nə ilə əlaqəsi olmayan Erivanla bağlanmaq deməkdir. Erməni kəndliləri beşinci qurultayda Azərbaycanı tanımağı və ona birləşməyi qərara aldılar".

Anastas Mikoyan. 22. 05. 1919-Leninə yazdığı məktubdan.

7. Türklərlə ermənilər arasındakı ziddiyətlərin yaranmasının əsas səbəblərindən biri də türk və Azərbaycan xalqlarının humanizminə, qayğıkeşliyinə, vətənpərvərliyinə qarşı erməni millətçilərinin aramsız qəddarlığıdır.

Amerikalı erməni yazıçısı L. Z. Sürməliyan. "Xanımlar və cənablar, müraciətim sizədir" kitabından.

Mənbə: www. azerbaijan. az