Loading...
BMT-nin baş katibi Azərbaycan və Ermənistan liderlərinin görüşünü alqışlayıb

BMT-nin baş katibi Azərbaycan və Ermənistan liderlərinin görüşünü alqışlayıb

30-03-2019

BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan arasında martın 29-da Vyanada ATƏT-in Minsk qrupu çərçivəsində keçirilən ilk görüşü alqışladığını bəyan edib.

AZƏRTAC BMT-nin rəsmi saytına istinadla xəbər verir ki, təşkilatın baş katibi iki ölkənin rəhbərlərinin əsas diqqəti sülhə və danışıqlar prosesində irəliləyişə kömək edən şəraitin yaradılmasına yönəltdiklərini qeyd edib. A.Quterreş, həmçinin onların atəşkəs rejiminin möhkəmləndirilməsinə və humanitar məsələlərin həllinə, habelə münaqişənin sülh yolu ilə nizama salınması istiqamətində dialoqun davam etdirilməsinə sadiq qalmalarını alqışlayıb.

Baş katib ATƏT-in Minsk Qrupu həmsədrlərinin mühüm vasitəçilik rolunu yüksək qiymətləndirib və BMT-nin onların davamlı səylərinə tam dəstəyini yenidən bəyan edib.