Loading...
Ən yaxşı snayper” adı uğrunda yarış keçirilib

Ən yaxşı snayper” adı uğrunda yarış keçirilib

01-04-2019

Azərbaycan Ordusunun hərbi hissələri arasında “Ən yaxşı snayper” adı uğrunda yarış keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, sərrast atıcılıq qabiliyyətinə malik hərbi qulluqçuların müəyyənləşdirilməsi məqsədi daşıyan yarış nazirliyin xüsusi təchiz edilmiş təlim meydançasında keçirilib. Hərbi qulluqçuların təchizatı yoxlanıldıqdan sonra onlar əvvəlcədən hazırlanmış atəş mövqelərini tutub və normativləri icra ediblər.

Snayperlər hədəflərə fərdi və qrup şəklində atışlar edib, maneələrin dəf olunması üzrə tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriliblər. Yarışın qalibləri mükafatlandırılıb.