Loading...
Putin Vyanadakı Qarabağ danışıqları haqda məlumatları Paşinyandan aldı

Putin Vyanadakı Qarabağ danışıqları haqda məlumatları Paşinyandan aldı

01-04-2019

Bu gün Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub. Ermənistan hökumətinin mətbuat xidmətinin yaydığı məlumata görə, telefon söhbət zamanı N.Paşinyan Azərbaycan prezidenti İlham Əliyevlə Vyanada ötən həftə aparılmış danışıqlar barədə Putini məlumatlandırıb. Habelə N.Paşinyan və V.Putin Ermənistanla Rusiya arasında ikitərəfli münasibətlərin gündəmini müzakirə ediblər.

Telefon danışığının hansı tərəfin təşəbbüsü ilə baş tutduğu göstərilmir. Kremlin rəsmi saytında hələlik bu telefon danışığı barədə məlumat yoxdur.

virtualaz.org