Loading...
Xarici İşlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb

Xarici İşlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb

23-09-2019

Xarici İşlər naziri Elmar Məmmədyarovun Nyu-Yorkda ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşü keçirilib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar, eləcə də münaqişə zonasındakı vəziyyət və ümumilikdə, münaqişənin tənzimlənməsi üzrə Həmsədrlərin gələcək fəaliyyət planları və perspektivləri müzakirə edilib.