Loading...
Müdafiə Nazirliyi cəbhədə “yolu azan” əsgərin düşmən tərəfindən vurulduğunu açıqladı

Müdafiə Nazirliyi cəbhədə “yolu azan” əsgərin düşmən tərəfindən vurulduğunu açıqladı

23-09-2019

Beynəlxalq Qızıl Xaç Komitəsi cəbhə xəttində öldürülən Azərbaycan Ordusunun hərbi qulluqçusunun meyitinin qaytarılması ilə bağlı dialoqa başlayıb.

Komitənin Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova virtualaz.org-a bildirib ki, təmsil etdiyi qurumun məsələdən xəbəri var və hazırda bununla bağlı əlaqədar qurumlarla ikitərəfli konfidensial dialoq aparır.

Xatırladaq ki, sentyabrın 22-də təmas xəttində yerləşən hərbi hissənin əsgəri Abdulrəhmanov Ramin Şövkət oğlu yolu azaraq düşmənlə üzbəüz mövqelər arasındakı ərazidə ermənilər tərəfindən vurulub.

Müdafiə Nazirliyi hərbçinin meyitinin götürülməsi üçün Beynəlxalq Qızıl Xaç Komitəsinə müraciət edib.

 

Sentyabrın 22-də cəbhəboyu zonada yerləşən hərbi hissədə əsgər Abdulrəhmanov Ramin Şövkət oğlu yolu azaraq düşmənlə üzbəüz mövqelər arasındakı ərazidə ermənilər tərəfindən vurulub. Bu barədə  Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidməti bildirir.

Məlumatda deyilir ki,  əsgərin nəşinin ərazidən təhlükəsiz təxliyyəsini təmin etmək məqsədi ilə Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinə müraciət olunub. "Ermənistanın KİV-də guya Azərbaycan tərəfinin cəbhə xəttində təxribat törətməsi barədə yayılan məlumatlar yalandır", - Müdafiə Nazirliyindən bildirilib. 

Bundan əvvəl Ermənistan Müdafiə Nazirliyi Azərbaycan ordusunun təmas xəttinin cənub-şərq istiqamətində, sentyabrın 22-də saat 16.30 radələrində “diversiya həmləsi” həyata keçirdiyi haqda məlumat yayıb. Məlumatda deyilirdi ki, atışmadan sonra qrup geri çəkilib, neytral zolaqda bir hərbçinin meyiti qalıb.

Virtualaz.org