Loading...
Elmar Məmmədyarov Latviyanın müdafiə naziri ilə görüşüb

Elmar Məmmədyarov Latviyanın müdafiə naziri ilə görüşüb

13-12-2019

Latviyaya rəsmi səfəri çərçivəsində Xarici İşlər Naziri Elmar Məmmədyarov Latviya Respublikasının Baş nazirinin müavini, müdafiə naziri Artis Pabriks ilə görüşüb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, görüş zamanı tərəflər hər iki ölkə arasında ikitərəfli və çoxtərəfli müstəvilərdə mövcud əməkdaşlıq və gələcək perspektivlər barəsində fikir mübadiləsi apardılar.

Bölgədə mövcud olan təhlükəsizlik vəziyyətindən bəhs edən nazir Elmar Məmmədyarov regional təhlükəsizliyə təhdid olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin hazırkı vəziyyəti barədə qarşı tərəfi məlumatlandırdı.

Tərəflər iki ölkənin hərbi-təhlükəsizlik sahəsində əməkdaşlığı məsələsini müzakirə etdilər.

Görüş zamanı, həmçinin qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulandı və səfər mübadiləsinin reallaşdırılması müzakirə edildi.

Görüşdən sonra nazir Elmar Məmmədyarov Latviyanın İşğal Muzeyinə baş çəkib və muzeydəki material və eksponatlarla tanış olub.