BMT, Avropa İttifaqı və digər beynəlxalq təşkilatların Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdikləri sənədlərin tələbləri yerinə yetirilməlidir.
AZƏRTAC xəbər verir ki, bunu Almaniya Bundestaqının deputatı Olaf Gutting ölkədəki onlayn platformaya müsahibəsində bildirib.
O qeyd edib ki, münaqişə ilə bağlı status-kvo qəbuledilməzdir və problem sülh yolu ilə həll olunmalıdır.