Bu ayın sonunadək Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün keçirilməsi planlaşdırılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov bildirib.
Nazir deyib ki, ATƏT-in fəaliyyətdə olan sədrinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsi Anji Kaspşiklə görüşdə bu məsələ müzakirə olunub.
Elmar Məmmədyarov, həmçinin bu ilin birinci rübündə ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfərinin nəzərdə tutulduğunu qeyd edib.