Loading...
Azərbaycan Prezidenti İlham Əliyev Xocalı abidəsini ziyarət edib

Azərbaycan Prezidenti İlham Əliyev Xocalı abidəsini ziyarət edib

26-02-2020

Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Xətai rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış Xocalı abidəsini ziyarət edib.

APA xəbər verir ki, abidənin yanında fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyev abidənin önünə əklil qoyub, soyqırımı qurbanlarının xatirəsinə ehtiramını bildirib.

 

Birinci xanım Mehriban Əliyeva, dövlət və hökumət nümayəndələri abidənin önünə gül dəstələri qoyublar.