Loading...
Azərbaycan Silahlı Qüvvələrinin hərbçiləri Moskvadakı paradda keçid ediblər

Azərbaycan Silahlı Qüvvələrinin hərbçiləri Moskvadakı paradda keçid ediblər

24-06-2020

Faşizm üzərində Qələbənin 75 illik yubileyi münasibətilə Moskvada təşkil olunan hərbi parada qatılan Azərbaycan ordusunun 75 hərbçisindən ibarət dəstə hərbi marşla tribunaların önündən keçib.

AZƏRTAC xəbər verir ki, hərbi paradda 14 minə yaxın hərbçi iştirak edir. Rusiya hərbi qulluqçuları ilə yanaşı, meydanda 13 ölkənin hərbçiləri addımlayır. İlk olaraq Qızıl meydana Azərbaycan hərbçiləri çıxıblar. Azərbaycan Silahlı Qüvvələrinin 75 nəfərdən ibarət dəstəsi tribunalar önündən keçiblər.

Paradın aparıcısı xatırladıb ki, Böyük Vətən müharibəsi cəbhələrində 600 mindən çox azərbaycanlı döyüşüb.

Xatırladaq ki, Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov da paradı izləyir.