Loading...
Tovuzda şiddətli gecə döyüşləri: düşmənin dayaq məntəqəsi darmadağın edildi

Tovuzda şiddətli gecə döyüşləri: düşmənin dayaq məntəqəsi darmadağın edildi

13-07-2020

Azərbaycan Müdafiə Nazirliyi Tovuz istiqamətində gedən döyüşlər barədə yeni məlumat yayıb. Məlumatda deyilir ki,  Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində iyulun 13-nə keçən gecə ərzində də gərginlik davam edib.

Artilleriya, minaatan və tankların tətbiqi ilə gedən gecə döyüşlərində bölmələrimizin dəqiq atəşi ilə düşmənin dayaq məntəqəsi, artilleriya qurğuları, hərbi hissəsi ərazisində avtomobil texnikası və canlı qüvvəsi  məhv edilib.

virtualaz.org