Loading...
Çavuşoğlu: “Ermənistan ağlını başına yığsın”

Çavuşoğlu: “Ermənistan ağlını başına yığsın”

13-07-2020

Bütün imkanlarımızla Azərbaycanın yanındayıq.

Virtualaz.org bildirir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.

XİN rəhbəri bildirib ki, Ermənistan xaincəsinə Azərbaycana hücum edib və 4 qardaşımız şəhid olub.

“Burada görünən odur ki, Ermənistan yeni münaqişə zonaları yaratmaq istəyir. Bu günə qədər Ermənistan siyasi həll yoluna gəlmədi. Bu günə qədər Ermənistan heç bir həll yoluna yanaşmadı. Ermənistanın etdikləri qəbuledilməzdir, qoy ağlını başına toplasın. Azərbaycan tək deyil. Biz bütün imkanlarımızla Azərbaycanın yanındayıq. Bu gün mən Azərbaycanın Xarici İşlər nazirinə zəng vuracağam və qiymətləndirmə aparacağıq", - deyə M.Çavuşoğlu qeyd edib.