Loading...
Azərbaycan ordusunun generalı, polkovniki, 2 mayoru və daha 3 hərbçisi şəhid oldu

Azərbaycan ordusunun generalı, polkovniki, 2 mayoru və daha 3 hərbçisi şəhid oldu

14-07-2020

Azərbaycan ordusunun general-mayoru Polad Həşimov Tovuz istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Bu barədə cəbhə bölgəsində jurnalistlərin suallarını cavablandıran Müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev deyib.

"İki sutka ərzində düşmənə sarsıdıcı atəş zərbələri endirilib. Düşmənin 100-dək canlı qüvvəsi məhv edilib, çoxlu sayda texnika, döyüş texnikası, nəqliyyatı mühüm obkeytlər darmadağın oilunub və məhv edilib. Bu gün səhər saatlarında döyüş zamanı Azərbaycan ordusunun general-mayoru Polad Həşimov və polkovnik İlqar Mirzəyev qəhrəmancasına şəhid olub", -o bildirib.

Habelə düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun aşağıda adlarıları çəkilən hərbi qulluqçuları da şəhid olub:

- Mayor Əhmədov Namiq Hajan oğlu

- Mayor Novruzov Anar Gülverdi oğlu  

- Gizir Zeynallı ilqar Ayaz oğlu

- Gizin Babayev Yaşar Vasif oğlu 

- Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Mustafazadə Elçin Arif oğlu

Bildirilir ki, şəhid olan polkovnik İlqar Mirzəyev ordu korpusunun artilleriya rəisi idi.