Loading...
Zakir Həsənov:

Zakir Həsənov: "Ermənistan Azərbaycanın MDB ölkələri ilə münasibətlərinə xələl gətirmək məqsədini güdür"

05-09-2020

Rusiya Federasiyasında işgüzar səfərdə olan Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov sentyabrın 4-də Moskvada keçirilən Müstəqil Dövlətlər Birliyi iştirakçı dövlətləri və Şanxay Əməkdaşlığı Təşkilatı üzv dövlətləri Müdafiə Nazirləri Şurasının  növbəti  iclasında iştirak edib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, iclasda çıxış edən general-polkovnik Zakir Həsənov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin uzun illərdir davam etdiyini, bunun nəticəsində bir milyondan çox soydaşımızın qaçqın və məcburi köçkün düşdüyünü görüş iştirakçılarının diqqətinə çatdırıb.

Azərbaycanın Müdafiə naziri vurğulayıb ki,  ərazilərimizin 20%-nin MDB-nin üzvü olan bir dövlət tərəfindən işğalı faktı beynəlxalq hüququn norma və prinsiplərinə, o cümlədən bu Birliyin normalarına və ruhuna ziddir.

Ermənistan tərəfinin Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi genişmiqyaslı təxribatın regional təhlükəsizliyə təhdid yaratdığını qeyd edən Müdafiə naziri eyni zamanda rəsmi Yerevanın Azərbaycanla MDB-yə üzv olan dövlətlər arasında münasibətlərə xələl gətirmək məqsədi güddüyünü də bildirib.

İclasın yekununda Böyük Vətən Müharibəsində Qələbənin və İkinci Dünya Müharibəsinin bitməsinin 75 illiyi ilə bağlı birgə bəyanat imzalanıb.

 Bəyanatı imzalayan Müdafiə nazirləri bir sıra məsələlərə münasibət bildirməklə yanaşı BMT-nin məqsəd və prinsiplərinə, qəbul edilmiş beynəlxalq hüququn normalarına, xüsusilə suverenlik və ərazi bütövlüyü prinsiplərinə sadiq qaldıqlarını təsdiq ediblər.

Rusiyada MDB, Şanxay Əməkdaşlıq və Kollektiv Təhlükəsizlik Müqaviləsi (KTMT) təşkilatlarına üzv olan ölkələrin müdafiə nazirlərinin birgə iclası keçirilib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata gör, Moskva vilayətinin Kubinka rayonunda yerləşən Park Patriot Mərkəzində keçirilən iclasda 12 ölkənin müdafiə naziri iştirak edib.

Bundan başqa birgə iclasda MDB-nin İcraiyyə Komitəsinin katibi Nikolay Lebedev və  KTMT-nin baş katibi Stanislav Zas iştirak ediblər.

İclası giriş sözü ilə Rusiyanın Müdafiə naziri Sergey Şoyqu açıb. Daha sonra Nikolay Lebedev və Stanislav Zas çıxış ediblər.

Tədbir işini mətbuatın iştirakı oladan davam etdirib.

İclasda müdafiə nazirləri beynəlxalq və regional təhlükəsizliyin təmin olunması, müharibələrin və silahlı qarşıdurmaların baş vermə təhlükəsinin qarşısının alınması üçün səylərin birləşdirilməsi, müasir şəraitdə hərbi əməkdaşlığın daha da gücləndirilməsi məsələlərini müzakirə ediblər.

Tədbirin yekunu ilə bağlı kommunike imzalanıb.

Rusiyada MDB, Şanxay Əməkdaşlığı Təşkilatına üzv dövlətlərin Müdafiə nazirlərinin birgə iclası keçirilir.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Moskva vilayətinin Kubinka rayonunda yerləşən Park Patriot Mərkəzində keçirilən iclasda 13 ölkənin Müdafiə Naziri iştirak edir.

Bundan başqa, birgə iclasa MDB-nin İcraiyyə Komitəsinin katibi Nikolay Lebedev və  KTMT-nin baş katibi Stanislav Zas qatılıblar.

Azərbaycanı tədbirdə Müdafiə Naziri general-polkovnik Zakir Həsənov təmsil edir.