Loading...
Paşinyan prezident olmaq istəyir?

Paşinyan prezident olmaq istəyir?

26-09-2020

"Dünən baş nazir-hökumət-qubernatorlar formatında görüş olub və təxminən, saat yarım davam edib".

Virtualaz.org bildirir ki, bu barədə Yerevanın"Joxovurd" qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, görüşün əsas mövzusu Ermənistanda parlament üsul-idarə modelindən Prezident modelinə keçmək olub.

Yayılan məlumatlara görə, hakimiyyət yenidən prezident modelinə qayıtmaq istəyir, çünki hesab edirlər ki, Milli Məclis özünü doğrultmur.

Ədliyyə naziri Rüstəm Badasyan bu keçid haqqında danışarkən bunun o qədər də real olmadığını deyib: “Çünki bu gün Konstitusiyaya əsasən, belə bir keçid edilə bilməz”.

Virtualaz.org