Loading...
Ermənistan həlak olmuş 84 hərbi qulluqçunun adını açıqladı

Ermənistan həlak olmuş 84 hərbi qulluqçunun adını açıqladı

29-09-2020

Ermənistanın Qarabağdakı işğalçı ordusu sentyabrın 28-də münaqişə zonasında döyüşlər zamanı həlak olmuş hərbçilərin daha bir siyahısını açıqlayıb.

Virtualaz.org Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, yeni siyahıda 26 hərbçinin adı var. Nazirliyin indiyə olan məlumatına görə, ölən hərbçilərin sayı  84 nəfərdir. Həlak olanlar arasında iki qadın-müqavilə ilə xidmət edən İrina Musaelyan və Asmik Arzumanyan, həmçinin könüllü Robert Petrosyan da var.

Azərbaycan Müdafiə Nazirliyi Mətbuat Xidmətinin məlumatına görə isə Qarabağda 600-ə yaxın erməni hərbçisi həlak olub.