Loading...
Mövlud Çavuşoğlu: Ermənistan hərbi hücumları ilə beynəlxalq hüquqa məhəl qoymur

Mövlud Çavuşoğlu: Ermənistan hərbi hücumları ilə beynəlxalq hüquqa məhəl qoymur

30-09-2020

Ermənistan münaqişənin diplomatik yolla, danışıqlar masası arxasında həll etmək istəmədiyini, əksində, Azərbaycanın işğal altındakı 20 faiz ərazisindən daha artığına iddialı olduğunu iyulda Tovuz istiqamətində həyata keçirdiyi hücumlarla göstərdi. Bu bölgə Bakı-Tbilisi-Qars dəmir yolunun, neft və qaz kəmərlərinin keçdiyi ərazidir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Anadolu agentliyinə müsahibəsində ifadə edib.

Ermənistanın son hücumlarla BMT-nin məlum qətnamələrinə riayət etmədiyini vurğulayan nazir deyib: “Ermənistan bu hücumlarla beynəlxalq sistemə və hüquqa məhəl qoymur. Bunun qarşılığı olmalıdır”.

Nazir diqqətə çatdırıb ki, başqa ölkələrdən dəstək almasaydı, Ermənistanda işğalçılıq cəsarəti olmazdı.