Loading...
Düşmən Bərdədə kafeni və məktəbi vurdu, daha 7 yaralı

Düşmən Bərdədə kafeni və məktəbi vurdu, daha 7 yaralı

08-10-2020

Ermənistan ordusu Azərbaycanın yaşayış məntəqələrini birbaşa hədəfə çevirməkdə davam edir. Baş prokurorluğunun yaydığı məlumata görə, bu gün oktyabrın 8-də saat 10 radələrindən başlayaraq  düşmən Bərdə rayonunu müxtəlif istiqamətlərdən raket və artilleriya mərmilərindən intensiv atəşə tutub.

Saat 11.00 radələrində Bərdə şəhərinin mərkəzində yerləşən “Qədim Bərdə” restoranına raketin düşməsi nəticəsində həmin vaxt orada olan 2 nəfər şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib, eyni zamanda Bərdə şəhər 5 nömrəli tam orta məktəbin yaxınlığına düşmüş raketlər 5 nəfər şəxsin yaralanmasına səbəb olmuş, cümlədən məktəbin binasına, çoxsaylı nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Hazırda prokurorluq əməkdaşları tərəfindən döyüş şəraitində mümkün olan bütün istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

virtualaz.org