Loading...
Moskvada Azərbaycan və Ermənistan XİN başçılarının görüşü 8 saata yaxındır davam edir

Moskvada Azərbaycan və Ermənistan XİN başçılarının görüşü 8 saata yaxındır davam edir

09-10-2020

Moskvada Dağlıq Qarabağdakı vəziyyətlə bağlı Rusiya, Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüşü davam edir.

Virtualaz.org bildirir ki, 8 saata yaxındır davam edən qapalı danışıqlardan sonra mətbuat konfransının təşkil olunması gözlənilir.

Jurnalistlər Rusiya XİN-in qəbul evində görüşün nəticələri ilə bağlı açıqlamaları gözləyirlər.

Artıq mətbuat zalına hər üç dövlətin bayraqları gətirilib.

Qeyd edək ki, bu, Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovun Ermənistan XİN rəhbəri ilə ilk görüşüdür. C.Bayramov iyulun 16-da Elmar Məmmədyarovun yerinə təyin olunub.

Moskvada Rusiya, Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin üçtərəfli görüşü başlayıb.

Virtualaz.org bildirir ki, Rusiya Xarici İşlər Nazirliyinin (XİN) Qəbullar Evində keçirilən görüşdə Sergey Lavrov, Ceyhun Bayramov və Zöhrab Mnatsakanyan iştirak edirlər.

Görüşün yalnız 30 saniyəlik protokol hissəsi mətbuata açıq olub.