Loading...
İşğaldan azad olunmuş Hadrutun peyk görüntüsü

İşğaldan azad olunmuş Hadrutun peyk görüntüsü

09-10-2020

Dağlıq Qarabağımızdan bu gün də zəfər xəbərləri aldıq. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun Dağlıq Qarabağa doğru zəfər yürüşü sayəsində bu gün Azərbaycanın tarixi ərazisi olan Hadrut qəsəbəsi və digər səkkiz kəndimiz Ermənistanın işğalından azad edilib.

Virtualaz.org bildirir ki, “Azərkosmos” ASC-nin yaydığı məlumatda belə deyilir.

Bildirilib ki, Hadrut qəsəbəsinin işğaldan azad olunduğu gün “Azersky” peykindən əldə olunan ən son təsviri təqdim edilib: “Hazırda “Azersky” vasitəsilə istər Ordumuzun azad etdiyi ərazilərdə, istərsə də müvəqqəti olaraq Ermənistanın işğalında qalan torpaqlarımızdan gündəlik təsvirlər çəkilir və müvafiq analizlər aparılır.

İnanırıq ki, tezliklə qələbə bizim olacaq. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”.