Loading...
Hikmət Hacıyev: Ermənistan humanitar yardım çərçivəsində yeni “Smerç” raketləri alıb

Hikmət Hacıyev: Ermənistan humanitar yardım çərçivəsində yeni “Smerç” raketləri alıb

11-10-2020

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “Twitter”dəki səhifəsində Ermənistanın humanitar yardım çərçivəsində yeni “Smerç” raketləri alması ilə bağlı paylaşım edib.

Prezidentin köməkçisi qeyd edib: “Ermənistan humanitar yardım çərçivəsində yeni “Smerç” raketləri alıb. Dərhal Mingəçevirin dinc əhalisinə və energetika infrastrukturuna hücumlara başladı. Sivil dünya və Ermənistanın arasında uyğunsuzluğa baxın”.

Azertag.az