Loading...
Beynəlxalq Qızıl Xaç Komitəsi açıqlama yaydı

Beynəlxalq Qızıl Xaç Komitəsi açıqlama yaydı

11-10-2020

“Cenevrə (BQXK) – Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) gərginləşən Dağlıq Qarabağ münaqişəsi üzrə humanitar atəşkəslə bağlı razılıq əldə olunmasını təqdir edir və neytral vasitəçi qismində, hərbi əməliyyatlar zamanı həlak olmuş şəxslərin cənazələrinin qaytarılması və saxlanılan şəxslərin eyni zamanda azad edilməsi proseslərini təşkil etməyə hazırdır”.

Bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsinin açıqlamasında bildirilir.

“BQXK-nın dünyada baş verən münaqişələrdə uzun müddətə dayanan neytral vasitəçilik tarixi var və biz ümid edirik ki, bu proses də qısa müddət ərzində həyata keçirilə bilər və əməliyyatlar zamanı həlak olan şəxslərin cənazələri onların ailələrinə verilərək layiqli şəkildə dəfn edilər”, - deyə BQXK-nın Cenevrədə Avrasiya üzrə Regional Direktoru Martin Şüepp məlumat verib.

qafqazinfo.az