Ermənistanın Qarabağdakı işğalçı ordusu, münaqişə bölgəsindəki döyüşlər zamanı öldürülən hərbçilərin daha bir siyahısını açıqlayıb.
Virtualaz.org bildirir ki, Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, 12 oktyabr 2020-ci il üçün ikinci siyahıda daha 45 ad var. Xatırladaq ki, bu gün yayılan birinci siyahıda 51 nəfərin adı var idi.
Beləliklə, düşmən bu gün daha 96 hərbçisinin, ümumilikdə isə 525 hərbi qulluqçunun öldüyünü açıqlayıb.
Ekspertləin fikrincə, işğalçı ordunun itkiləri göstərilən rəqəmlərdən qat-qat çoxdur. Amma digər itkilər hələ də ictimaiyyətdən gizlədilir.