Loading...
Ərdoğan Aİ-ni Azərbaycanın ərazi bütövlüyü məsələsində ardıcıl mövqe nümayiş etdirməyə çağırıb

Ərdoğan Aİ-ni Azərbaycanın ərazi bütövlüyü məsələsində ardıcıl mövqe nümayiş etdirməyə çağırıb

13-10-2020

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqı (Aİ) Şurasının sədri Şarl Mişellə telefon danışığı keçirib.

Trend-in məlumatına görə, danışıqlar zamanı Türkiyə Prezidenti Aİ-ni Azərbaycanın ərazi bütövlüyü məsələsində ardıcıl mövqe nümayiş etdirməyə çağırıb.

R.T.Ərdoğan bildirib ki, Azərbaycanın ərazilərini işğal etmiş Ermənistan, əvvəlcə neft-qaz enerji xətlərinin və nəqliyyat marşrutlarının üzərində yerləşən Tovuz rayonuna, sonra Gəncə şəhərinə hücum etməklə Avropaya enerji tədarükü təhlükəsizliyinə təhdid yaradıb.

Danışıqlar zamanı tərəflər, həmçinin Türkiyə-Aİ münasibətlərini, eləcə də Şərqi Aralıq dənizindəki vəziyyəti müzakirə ediblər.

Trend.az