Loading...
Prezidentin köməkçisi: Gəncəyə raketlər Ermənistan ərazisindən atılıb

Prezidentin köməkçisi: Gəncəyə raketlər Ermənistan ərazisindən atılıb

17-10-2020

Ermənistan Xarici İşlər Nazirliyi alçaqcasına bu hərbi cinayətlərə görə dövlət məsuliyyətini inkar etməyə çalışır

Virtualaz.org bildirir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev rəsmi Tvitter hesabında yazıb.

O bildirib: “Ermənistan ərazisindən Gəncə şəhərinə ballistik raketlər atıldı. Bu, müharibə bölgəsindən çox uzaqdır. Hərbi zərurət yox idi. Ermənistan Xarici İşlər Nazirliyi alçaqcasına bu ağır hərbi cinayətlərə görə dövlət məsuliyyətini inkar etməyə çalışır”.