Loading...
Düşmənin Gəncəyə atdığı raket Azərbaycan-Gürcüstan elektrik xəttini zədələdi

Düşmənin Gəncəyə atdığı raket Azərbaycan-Gürcüstan elektrik xəttini zədələdi

17-10-2020

Xəbər verildiyi kimi oktyabrın 17-də gecə saat 01 radələrində düşmən ordusu yenidən Mingəçevir və Gəncə şəhərlərinə ballistik raketlərdən zərbələr endirib. Mingəçevir şəhərində yerləşən elektrik stansiyalarına hədəflənmiş raketlər havada məhv edilsə də Gəncə istiqamətində endirilən zərbə nəticəsində Beynəlxalq əhəmiyyətli 500 kV-luq Samux-Qardabani hava elektrik xəttində qəza baş verməsinə səbəb olub. 

24 saat fasiləsiz xidmət göstərən “Azərenerji” ASC əməkdaşları qısa vaxt ərzində Azərbaycandan Gürcüstana enerji ötürülən xəttə baş verən qəzanı aradan qaldırıblar. 

Məlumatı “Azərenerji” ASC-nin mətbuat və ictimiyyətlə əlaqələr xidməti yayıb.

virtualaz.org