Loading...
Düşmən 6 gün sonra rəsmən təsdiqlədi: qərargah rəisi, polkovnik Şakaryan məhv edilib

Düşmən 6 gün sonra rəsmən təsdiqlədi: qərargah rəisi, polkovnik Şakaryan məhv edilib

02-11-2020

Bu gün qondarma “dqr müdafiə nazirliyi” döyüşlərdə məhv edilmiş daha 11 hərbçinin siyahısını dərc edib. Siyahıda adları yer alanların bəziləri əslində bir neçə gün əvvəl məhv edilmiş yüksək rütbəli zabitlərdir və onların arasında 18-ci diviziyanın qərargah rəisi Sergey Şakaryan da var.

Hansı ki, Azərbaycan Müdafiə Nazirliyi polkovnik Sergey Şakaryanın məhv edildiyini oktyabrın 27-də açıqlanıb. Belə ki, ordumuz 18-ci düşmən diviziyasının ön idarəetmə məntəqəsinə dəqiq zərbə endirmişdi və nəticədə bir neçə zabit məhv edilmişdi. Onların arasında polkovnik Şakaryan da olub.

Və indi düşmən tərəf onun məhv edildiyini rəsmən təsdiqləyir.

virtualaz.org