Loading...
“Bu gün səhər İlham Əliyev qardaşımla danışdım. Qələbəyə yaxınlaşırıq...

“Bu gün səhər İlham Əliyev qardaşımla danışdım. Qələbəyə yaxınlaşırıq...

07-11-2020

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan az əvvəl Kahramanmaraşda, AKP vilayət təşkilatının konqresində çıxışı zamanı Azərbaycan prezidenti İlham Əliyevlə bu gün noyabrın 7-də, səhər saatlarında apardığı telefon danışığı barədə məlumat verib. Bildirib ki, telefon söhbəti zamanı Qarabağda gedən döyüş əməliyyatlarındakı son vəziyyətlə bağlı məlumat alıb və Azərbaycanın qələbəyə yaxın olduğunu öyrənib.

“Bu gün səhər İlham Əliyev qardaşımla danışdım, hazırkı vəziyyətlə bağlı məlumatları birbaşa özündən dinlədim. Ələhəmdüllah. Və sevindirici xəbərləri birbaşa özündən dinləyəndən sonra xüsusilə məmnun oldum. Zəfərə yaxınlaşırıq. Allah yar və yardımçıları olsun. 30 ildir işğal altındakı torpaqlarından ayrı qaldılar. Amma indi, inşallah, işğal altındakı torpaqlarına yenidən qovuşurlar. Qardaşlarım, ətrafımıza , Rəcəb Tayyib Ərdoğanı, AKP-ni sevənlər niyə sevir, sevməyənlər niyə sevmir, deyə baxsaq görəcəyimiz mənzərə bax budur. Nə işin var sənin Azərbaycanda? Nə işin var sənin Suriyada? Nə işin var sənin Liviyada? Bizi bax buna görə sevmirlər. Bəli, biz imperialistlərin, zalımların qarşısında olacağıq. Çünki bizim əcdadlarımız daim daim bunun üçün mübarizə apardı. Bizi millətimiz sevər, bizi ümmət sevər, bizi məzlumlar sevər, bizi haqqı tapdananlar sevər, bu da bizə yetər”,-Türkiyə prezidenti çıxışında belə deyib.

virtualaz.org