Loading...
Rəcəb Tayyib Ərdoğan: Şuşanın işğaldan azad edilməsi sevincimizi və ümidimizi artırıb

Rəcəb Tayyib Ərdoğan: Şuşanın işğaldan azad edilməsi sevincimizi və ümidimizi artırıb

09-11-2020

Bir millət, iki dövlət olduğumuz Azərbaycan torpaqlarının işğalına səssiz qala bilməzdik və qalmadıq. Şuşanın işğaldan azad edilməsi sevincimizi və ümidimizi artırıb. Qarabağdakı işğal bitənə qədər mübarizə bayrağı enməyəcək.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilən 12-ci səfirlər konfransındakı çıxışında ifadə edib.

Azərbaycanın apardığı mübarizədə haqlı olduğunu, 28 ildir qaçqın həyatı yaşayan soydaşlarımızın öz yurdlarına dönmək hüququna malik olduqlarını bir daha xatırladan Prezident Rəcəb Tayyib Ərdoğan əminliklə ifadə edib ki, Azərbaycan Kəlbəcər və Laçın başda olmaqla, qalan bütün ərazilərini işğaldan azad edəcək.